SON XƏBƏRLƏR

Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesinə cəlb olunmasını mənasız sayır

2021.10.20, 07:36
Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesinə cəlb olunmasını mənasız sayır

Gunaz.tv
Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının danışıqlar prosesinə cəlb olunmasını mənasız sayır _novruz_mammedov_110607.jpg Azərbaycan, Bakı, 12 iyun / Trend News , müxbir S.Ağayeva / Rəsmi Bakı Dağlıq Qarabağın erməni icmasının bu mərhələdə erməni-azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinə cəlb olunmasını mənasız sayır. «Azərbaycan Ermənistanla sülh danışıqları apardığı üçün bu gün Dağlıq Qarabağın erməni icmasını danışıqlar prosesinə cəlb etməyə hazırlaşmır, çünki Ermənistan sözügedən münaqişənin sözsüz səbəbkarı və Azərbaycan ərazilərinin işğalçısıdır. Ermənistan dünya ictimaiyyəti qarşısında münaqişənin tənzimlənməsi prosesindən geri çəkildiyini və bundan sonra da məsələnin həllinə qarışmayacağını bəyan edərsə, gələcəkdə sözügedən məsələyə yenidən baxıla bilər», - deyə Azərbaycan Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov cümə axşamı Trend News-a bildirib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qondarma «Dağlıq Qarabağ respublikasının» Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda tərəf qismində iştirakını dəstəkləyib. «Dağlıq Qarabağ danışıqlara tərəf qismində nə qədər tez cəlb olunarsa, bir o qədər yaxşıdır. Lakin konkret müddət qoymaq olmaz. Bu, Ermənistandan asılı olsaydı, Dağlıq Qarabağ yaxın gələcəkdə danışıqlarda tərəf qismində iştirak edərdi, lakin bu, həmçinin Azərbaycanın mövqeyindən asılıdır», - deyə Nalbandyan qeyd edib. Məmmədov hesab edir ki, bu gün Ermənistan müəyyən məsələləri önə çəkərək erməni-azərbaycan münaqişəsinin tənzimlənməsi prosesini ləngitmək istəyir, lakin bütün bunlar mənasızdır. Azərbaycanın rəsmi nümayəndəsi bildirib ki, Azərbaycan Dağlıq Qarabağın erməni icması ilə yalnız Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışına dair müəyyən məsələlərin həlli ilə bağlı danışıqlar apara bilər və yalnız sülh müqaviləsi bağlandıqdan sonra, lakin bu da yaxın vaxtlarda gözlənilmir. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar