SON XƏBƏRLƏR

Rəsmi Bakı Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu pisləyib

2021.10.20, 07:36
Rəsmi Bakı Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu pisləyib

Gunaz.tv

GünAz TV: Azərbaycan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumu pisləyib.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində bildirib.

 

"Səudiyyə Ərəbistanında neft zavodlarına, mülki, önəmli infrastrukturu hədəf alan və bölgədəki təhlükəsizliyi təhdid edən pilotsuz uçuş aparatının hücumundan çox narahatıq. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini pisləyir," Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.

 

Sentyabrın 14-də Yəmənin Husi üsyançılarının dronları Səudiyyə Ərəbistanında Saudi Aramco-nun idarə etdiyi dünyanın ən böyük neft emalı zavoduna hücum edib və qlobal enerji ehtiyatı üçün mühüm bu zavodda böyük yanğına səbəb olub.

 

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, yanğın dronların Buqyaq və Xurasi zavodlarını hədəf alması nəticəsində başlayıb.

 

Saudi Aramco Buqyaq neft email zavodunu “dünyanın ən böyük xam neftinin sabitləşdirmə zavodu”adlandırır. Zavodda gündə 7 milyon barel xam neftin emal oluna bildiyi təxmin edilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar