Rəsmi Bakı Trampın “Əsrin müqaviləsi” planı barədə mövqeyini açıqladı

04.02.2020, 16:12

GünAz TV: Bu ilin 3 fevral tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində fövqəladə iclası keçirilib.

 

Azərbaycan XİN-in mətbuat xidmətindən mətbuata verilən məlumata görə, iclas İsrail-Fələstin məsələsinə dair Amerika Birləşmiş Ştatları Administrasiyasının “Əsrin müqaviləsi" adlandırılan sülh razılaşması ilə bağlı çağırılıb.

 

İclasda Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.

 

R.Həsənov müzakirələr zamanı çıxış edərək məsələyə dair ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Nazir müavini Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və Fələstin məsələsinin “iki dövlət prinsipi” əsasında ədalətli və hərtərəfli həllini dəstəklədiyini qeyd edib. Ölkəmizin bu məsələnin beynəlxalq hüquq və BMT qətnamələrinə əsaslanan “iki dövlət” həll prinsipinə sadiq olduğu qeyd olunub.

 

İclasın sonunda İƏT İcraiyyə Komitəsinin görüşünün yekunlarına dair birgə bəyanat qəbul olunub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24