Rəsmi Bakı Yerevanın Vardenis-Ağdərə yolundan istifadə xahişini qəbul etməyəcək

2021-01-27 10:44

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycandan icazə istəyib. Ermənistan mediasının iddiasına görə, Moskvanın vasitəçiliyi ilə bu istiqamətdə danışıqlar aparılır.

Gunaz.tv Quote | Gunaz article

Bununla bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev icazənin mümkünlüyünü istisna etdiyini vurğulayıb. O qeyd edib ki, Qarabağda yaşayan erməni əhalinin Ermənistanla humanitar əlaqəsi üçün yalnız Laçın dəhlizi nəzərdə tutulub:

 
“Həmçinin, həmin bəyanatda deyilir ki, regionda bütün kommunikasiyalar açılmalıdır. Gələcəkdə müvafiq şərait yaradılsa, sadə əməkdaşlıq inkişaf etdirilsə, ermənilərin Azərbaycan dövlətinə reinteqrasiyası müvafiq templə həyata keçirilsə, digər yolların da açılması mümkün ola bilər. Lakin buna qədər söhbət yalnız Laçın dəhlizindən gedir. Məndə olan məlumata görə, digər hansısa yoldan istifadəyə icazə verilməsi Azərbaycan tərəfindən nəzərdən keçirilmir”. 

 
Müsahibimiz onu da diqqətə çatdırıb ki, hazırda vacib məsələlərdən biri Laçın dəhlizinə nəzarətdir:

 
“Laçın dəhlizi humanitar məqsədlər üçün yaradılsa da, onun üzərindən hərbi yüklər daşınır, erməni rəsmiləri, hətta üçüncü dövlətin vətəndaşları hərəkət edirlər. Bu məsələ həll edilmədən hər hansı yeni dəhlizin yaradılması real deyil. Fikrimcə, Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə ilə bağlı xahişi Azərbaycan tərəfindən qəbul olunmayacaq”. 

 
Sülhməramlıların mandatı ilə bağlı müvafiq razılaşmanın olmamasına da toxunan F. Şəfiyev söyləyib ki, bununla bağlı danışıqlar davam edir:

 
“Müəyyən razılaşdırılmamış məsələlər qalıb. Üçtərəfli bəyanatın 4-cü maddəsinə görə, bütün erməni silahlı qüvvələri işğaldan azad olunmuş ərazilərdən çıxarılmalıdır. Bu hələ ki baş verməyib. İkincisi, Laçın dəhlizinə nəzarət məsələsidir. Dəhlizin təyinatı üzrə istifadəsinə nəzarət vacibdir. Biz bu məsələləri Rusiya ilə həll etməliyik, Ermənistan müzakirədən kənarda qalır. Təbii ki, bu, diplomatik yolla həllini tapacaq”.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Koronavirusa yoluxma sayı yenə ARTDI

2021-03-05

gun az article

Ağdamın Tağıbəyli kəndi - VİDEO

2021-03-05

gun az article

İranın İsfahan əyalətində sərnişin avtobusu qəzaya uğrayıb. 2 nəfər ölüb, 20 nəfər xəsarət alıb

2021-03-05

gun az article

İranda koronavirusdan daha 81 vəfat edib, 8 367 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-03-05

gun az article

Beni Qants: “İsrail ordusu İranın nüvə təsisatlarına qarşı hücum planlarını yeniləyir”

2021-03-05

gun az article

Zərif: “Nüvə sazişi yenidən müzakirə olunası deyil, vəssalam”

2021-03-05

gun az article

İsrail agentliyi: 27 il davam etmiş işğal dövründə faşist və vandal ermənilər Ağdamı vəhşicəsinə məhv ediblər

2021-03-05

gun az article

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır

2021-03-05

gun az article

Son sutkada yoluxanların sayı ilə bağlı açıqlama

2021-03-05

gun az article

Prezident İlham Əliyev helikopter qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib

2021-03-05

gun az article

BMT-nin Nüvə Agentliyi Tehranda danışıqlar aparmaq barədə razılıq əldə edib

2021-03-05

gun az article

GünazTV March.04.2021 : “Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”

2021-03-04

gun az article

Azərbaycanla Türkiyə yenidən birgə hərbi təlimlər KEÇİRƏCƏK - FOTOLAR

2021-03-04

gun az article

Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

2021-03-04

gun az article

İranın Hormozqan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub. 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb

2021-03-04

gun az article

Səid Xətibzadə İranın nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün şərtini açıqlayıb

2021-03-04

gun az article

İranda koronavirusdan daha 78 nəfər ölüb, 8 404 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-04

gun az article

Vandi Şerman: “Regionun geosiyasi durumu dəyişib. Amerika nüvə sazişindən daha möhkəm bir razılaşmanın tərəfdarıdır”

2021-03-04

gun az article

Ağ Evin sözçüsü: “Eynül-Əsəd hərbi bazasına edilən hücuma tələsik reaksiya verməyəcəyik”

2021-03-04

gun az article

İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb

2021-03-04