Rəsmi Bakıdan Ermənistan XİN-in bəyanatına CAVAB

2021-02-21 10:42

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli ...

Gunaz.tv Quote | Gunaz article

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.

 
Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair şərhində yer alıb.

 
“Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi.

 
Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.

 
Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.

 
Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil".


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.02.2021 : “Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”

2021-03-02

gun az article

Türkiyə - Ermənistan sərhədləri açıla bilər... – CHP-li deputatdan AÇIQLAMA

2021-03-02

gun az article

Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib

2021-03-02

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 8 495 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-03-02

gun az article

Möhsün Rzayi: “İran Qarabağa girməlidir. Azərbaycan Respublikası və İran iki ölkədə olan bir millətdir” - Fotolar

2021-03-02

gun az article

Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi

2021-03-02

gun az article

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

2021-03-02

gun az article

Son sutkada yoluxanların sayı açıqlandı

2021-03-02

gun az article

“Qasparyan özü ən böyük satqındır, getməlidir” - Paşinyan

2021-03-02

gun az article

Paşinyan üzr istədi

2021-03-02

gun az article

Bu gün Od çərşənbəsidir

2021-03-02

gun az article

GünazTV March.01.2021 : “Amerika Birləşmiş Ştatlarında bir dozalıq vaksin hazırlandı”

2021-03-01

gun az article

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01

gun az article

İranda koronavirusdan daha 108 nəfər vəfat edib, 8 510 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-01

gun az article

İsrail yük gəmisinə edilən hücuma cavab olaraq, Suriyada İrana bağlı hərbçilərin mövqelərini bombardman edib

2021-03-01

gun az article

Netanyahu: “İsrailin yük gəmisinə hücum İranın işidir”

2021-03-01

gun az article

İranın İlam əyalətində baş verən silahlı hücumda hüquq-mühafizə qüvvələrinin 2 əməkdaşı öldürülüb

2021-03-01

gun az article

İranın Kirman əyalətində 4 bal gücündə zəlzələ olub

2021-03-01

gun az article

Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı

2021-03-01

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI

2021-03-01