SON XƏBƏRLƏR

Rəsmi Bakının "təbii qaz manevri"

2021.10.20, 07:36
Rəsmi Bakının "təbii qaz manevri"

Gunaz.tv
Rəsmi Bakının "təbii qaz manevri" qaz.jpg "Təbii qazın satışında həm Avropanın, həm də Rusiyanın maraqları nəzərə alınmalıdır" Rusiya prezidentinin Azərbaycana səfərilə bağlı rəsmi və qeyri-rəsmi məlumatlardan belə qənaətə gəlmək olur ki, Dmitri Medvedyev son bir ildə regionda Moskvanın maraqlarına toxunan bəzi məsələlərə aydınlıq gətirməyi qarşısına məqsəd qoyub. Medvedyevin Cənubi Qafqazda ilk dəfə Azərbaycana səfər etməsini "qaz marağı" ilə əlaqələndirənlər isə yanılmayıblar. Artıq Azərbaycanın təbii qazının Rusiyaya satışına dair danışıqlar haqda razılıq əldə olunub. Siyasi şərhçi Aydın Quliyev "Qazpromun" istəyinə çatacağı halda Azərbaycanla Avropa Birliyi arasında problemlərin yaşanacağı ehtimalına toxundu. Tural "Rusiyanın regiondakı maraqlarının bir hisəsi Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Xəzərin statusu, Xəzərdə təhlükəsizlik planlarının həyata keçirilməsində Azərbaycanın rolu, "Şahdəniz" qazı və Orta Asiyanın enerji daşıyıcılarının Avropaya nəqli, İran məsələsində Azərbaycanın mövqeyi kimi məsələlərlə bağlıdır. Bu gün Rusiyanın maraqlarında olan və Azərbaycanla müzakirəsi çox vacib olan digər məsələlər də var. Böyük ehtimala bütün bunlar Medvedyevin səfəri zamanı müzakirə olundu. İndi danışıqların nəticələri barədə konkret fikir söyləmək çətindi. Amma nəzərə almaq lazımdır ki, birgə bəyannamədə problemlərin həllində xoş məram, qarşılıqlı maraqların nəzərə alınması ifadə olunub. Bütün bunlara baxmayraq, konkret hər hansı bir məsələdə razılaşmanın əldə olduğunu da söyləmək çətindi". Aydın Quliyev Dmitri Medvedyevin səfərinin Azərbaycan üçün müsbət nəticələrinin olduğunu da söylədi. Rəsmi Bakı Rusiyanın yeni prezidentinin Cənubi Qafqazdakı mövqeyilə bağlı çox dəqiq informasiya əldə etdi: "Bu Azərbaycanın xarici siyasətinin, xüsusilə Rusiya ilə siyasi münasibətlərinin qurulmasında və Qərblə münasibətlərdə manevrlər baxımından çox önəmli olacaq". Ekspert Azərbaycanın qazının Rusiyaya satışına dair danışıqlar haqda razılığı təhlükəli saymır: "Azərbaycan təbii qazın hara və hansı marşrutla satılması məsələsində çox ehtiyatlı mövqe tutmalıdır. Amma təbii qazı birmənalı olaraq tərəflərin birinə ya Avropa Birliyinə və ya Rusiyaya satmaq yolunu seçilsə, bu olduqca risqli addım olar. Bu iki müştəri arasında da seçim etmək çətindir. Hazırda Avropa özünün qaz və enerji daşıyıcılarıyla təminatında çoxvariantlı sistemə üstünlük verir. Yəni Azərbaycan qazına iddialı qitə çalışır ki, onun neft və qazı bir yerdən gəlməsin. Belə olanda Avropanın enerji təhlükəsizliyi də sual altına düşməyəcək". Aydın Quliyev Azərbaycanın da eynilə bu taktikanı tətbiq etməsini vacib saydı: "Ölkəmiz enerji daşıyıcılarının müxtəlif bazarlara çıxarılmasının yalnız bir variantı üzərində dayanmalı deyil. Azərbaycan da ən müxtəlif variantlardan yararlanmalı və təbii qazın satışında həm Rusiyanın, həm də Avropanın maraqlarını nəzərə almalıdır və bu lazımdır. Hər iki tərəfin maraqları hansı formada və nə dərəcədə nəzərə alıncağı isə gələcəyin işidir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar