SON XƏBƏRLƏR

Rəsmi İrəvan Sankt-Peterburq görüşünə nikbin yanaşır

2021.10.20, 07:36
Rəsmi İrəvan Sankt-Peterburq görüşünə nikbin yanaşır

Gunaz.tv
Rəsmi İrəvan Sankt-Peterburq görüşünə nikbin yanaşır 20080603100507_1.jpg Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 6-da Sankt-Peterburqda keçirilməsi planlaşdırılan görüşünə nikbin yanaşır. O, bunu Ermənistanın ictimai televiziyasına müsahibəsində deyib: «Hesab edirik ki, bu görüş, iki ölkə prezidentinə danışıqların davam edəcəyini qeyd etmək və xarici işlər nazirlərinə münaqişənin nizamlanması ilə bağlı danışıqları davam etdirmək göstərişini vermək üçün şərait yaradacaq». Edvard Nalbandyan bildirib ki, tərəflər qarşılıqlı etimad ab-havası yaratmalı və danışıqları davam etdirməlidir: «ATƏT-in Minsk Qruppu həmsədrlərinin hazırda massa üzərindəki noyabr təklifləri kifayət qədər ciddir və onlar Dağlıq Qarabağ probleminin həllinə yaxınlaşmağa imkan verəcək». Nazirin sözlərinə görə, rəsmi İrəvan bu təkliflər əsasında danışıqların davam etdirilməsinə hazırdır və Azərbaycanın da eyni siyasi iradəni nümayiş etdirməsini arzulayır. Edvard Nalbandyan hesab edir ki, rəsmi Bakı müharibə təbliğatına son qoymalı və ictimai rəyi münaqişənin həllinə hazırlamalıdır: «Müharibə bəyanatları və həmsədrlərin ünvanına tənqid qarşıdurmanın nizamlanması ilə bir araya sığmır. Ona görə də faydalı atmosfer yaradılmalıdır». ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar