SON XƏBƏRLƏR

Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”

2021.10.20, 07:36
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”

Gunaz.tv

GünAz TV: Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko “Sepah”ın ölkəsinə məxsus vurduğu sərnişin təyyarəsinin Ukraynaya qaytarılmasını və raketin atılmasında əli olan bütün iranlı rəsmilərin müəyyən edilməsini istəyib.

 

O, keçirdiyi mətbuat konfransında bildirib ki, iki raketlə vurulmuş təyyarə ətrafında araşdırmaların aparılması üçün qara qutuya ehtiyac var.

 

“Məsələ düyməni basan əsgər deyil. Biz raketin atılmasına göstəriş verən bütün rəsmilərin aşkara çıxmasını istəyirik. Göstərişi kimin verdiyini bildikdən sonra onu məhkəməyə verə bilməyi istəyirik”, - deyə Vadim Pristayko əlavə edib.

 

Rəsmi Tehranın qara qutunu heç bir ölkəyə verməyəcəyini bəyan etməsinə baxmayaraq, Pristayko hazırda 5 ölkə ilə bu istiqamətdə danışıqlar apardıqlarını deyib. O, həmçinin qeyd edib ki, ilk günlərdən təyyarənin vurulmasının araşdırılması istiqamətində İran əməkdaşlıq etməkdən boyun qaçırır.

 

Xatırladaq ki, sözügedən faciə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı ölmüşdü. İran ilk günlərdə təyyarənin “Sepah” tərəfindən vurulduğunu dansa da, sonradan daxili və xarici təzyiqlər nəticəsində bunu etiraf etməyə məcbur olmuşdu.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar