SON XƏBƏRLƏR

Rəsmi orqan güney azərbaycanlı siyasi və mədəni fəaldan şikayət edib

2021.10.20, 07:36
Rəsmi orqan güney azərbaycanlı siyasi və mədəni fəaldan şikayət edib

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin seçkilərlə bağlı əsas orqanlarından biri güney azərbaycanlı siyasi və mədəni fəal Əhməd Mustafazadədən məhkəməyə şikayət edib.

 

Fəal Konstitusiyaya Nəzarət Şurasının şikayəti əsasında Xoy şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.

 

O “yalan məlumat yaymaq, ictimaiyyəti təşvişə salmaq və böhtan atmaq” ittihamı ilə üzləşdiyi elan olunduqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin sakini Əhməd Mustafazadə bir müddət əvvəl Konstitusiyaya Nəzarət Şurasının fəaliyyətini tənqid edən bir mətn yazıb. Rəsmi orqanın siyasi fəaldan şikayət etməsi həmin yazı ilə əlaqədardır.

 

Konstitusiyaya Nəzarət Şurası bundan əvvəl digər güney azərbaycanlı siyasi fəal Mahmud Sadiqidən də şikayət etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar