SON XƏBƏRLƏR

Rəsmi Tehran bəyanat yaydı: “İranlı zəvvarlar “Ərbəin” mərasimi üçün İraqa getməkdən çəkinsinlər”

2021.10.20, 07:36
Rəsmi Tehran bəyanat yaydı: “İranlı zəvvarlar “Ərbəin” mərasimi üçün İraqa getməkdən çəkinsinlər”

Gunaz.tv

GünazTV: İranın Xarici İşlər Nazirliyi oktyabrın 3-də bəyanat yayaraq, İmam Hüseynin şəhadətini yad edən Ərbəin mərasiminə qatılmaq üçün Kərbəla şəhərinə getmək istəyən iranlı zəvvarlara xəbərdarlıq edib.

 

Bəyanatda bildirilir ki, İraqda baş verən qarşıdurmalar səngiyənə qədər iranlı zəvvarlar bu ölkəyə səfərdən çəkinməlidirlər: “İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İraqın bir neçə şəhərində qarşıdurmaların baş verməsindən təəssüfləndiyini bildirir. Əminik ki, İraq hökuməti və milləti bütün qruplar və partiyaların, eləcə də digər dini və siyasi şəxsiyyətlər və ruhanilərin birgə əməkdaşlığı ilə bu ölkədə yaşanan gərginliyi aradan qaldırmaq və onun yeni bir mərhələyə keçməsinin qarşısını alacaq. Ümid edirik ki, İraq millətinin ziyanına olan bu vəziyyətin davam etdirilməsinə və əcnəbilərin bu vəziyyətdən su-istifadə etməsinə icazə verilməyəcək.

 

İraqda yaşanan mövcud gərgin vəziyyəti nəzərə alaraq, İran Xarici İşlər Nazirliyi iranlı zəvvarlara tövsiyə edir ki, Ərbəin mərasimi ilə bağlı bu ölkəyə səfərlərini təxirə salsınlar və İranın siyasi və təhlükəsizlik rəsmilərinin bu barədəki xəbərdarlıqlarına diqqətlə yanaşsınlar” – deyə, İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında qeyd olunur.

 

Qeyd edək ki, son günlər ən azı 33 nəfərin ölümünə səbəb İraqda keçirilən kütləvi etirazlarda İran hökumətinə, o cümlədən də “Sepah”ın “Qüds” briqadasına qarşı şüarlar səsləndirilib, İran rejiminin İraqın daxili işlərinə qarşmasının dayandırılması tələb edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar