SON XƏBƏRLƏR

RƏSMİ TEHRANIN NÜVƏ SİLAHINA MALİK OLMASINA HEÇ CÜR İMKAN VERMƏK OLMAZ . Kandaliza Rays

2021.10.20, 07:36
RƏSMİ TEHRANIN NÜVƏ SİLAHINA MALİK OLMASINA HEÇ CÜR İMKAN VERMƏK OLMAZ . Kandaliza Rays

Gunaz.tv
“RƏSMİ TEHRANIN NÜVƏ SİLAHINA MALİK OLMASINA HEÇ CÜR İMKAN VERMƏK OLMAZ” kondalize_rays.jpg İranın nüvə proqramı məsələsinə dair «Altılığ»ın Cenevrədə keçiriləcək görüşünə münasibətini açıqlayan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kandaliza Rays bildirib ki, rəsmi Tehranın nüvə silahına malik olmasına heç cür imkan vermək olmaz. Problemin yalnız diplomatik yolla həllinə tərəfdar olduğunu deyən dövlət katibi dünya ictimaiyyəti və «Altılığ»ın İranın bu niyyətdən imtina etməsinin istədiyni deyib. Bu arada isə İranın Ali Dövlət Təhlükəsizlik məsələləri üzrə katibi Səid Cəlili Avropa İttifaqının xarici məsələlər üzrə Ali kommissarı Havyer Solano ilə Cenevrədə keçiriləcək görüşündə rəsmi Tehrana təklif olunan «iqtisadi stimullar paketi»nə ölkəsinin rəsmi münasibətini bildirəcəyini açıqlayıb. Qeyd edək, həmin təkliflər paketində İranın uranın zənginləşdirilməsi proqramından imtina edəcəyi təqdirdə bu ölkəyə iqtisadi yardımlar göstərilməsi nəzərdə tutulur. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar