Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22 14:45

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də media nümayəndələri ilə görüşündə onların Azərbaycan Respublikası və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə sualını cavablandırıb.

Gunaz.tv Quote | Gunaz article

Xətibzadə, Türkiyənin “Anadolu” xəbər agentliyi müxbirinin Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad olunmuş İranla həmsərhəd ərazilərə son səfəri və “onun həmin səfərdə çəkilmiş şəkil və videoların guya “Sepah” tərəfindən çəkilməsi ilə bağlı yayılan söz-söhbətlər” barədəki sualını cavablandırıb: “Mən bu barədə yayılan şayiələri “Anadolu” agentliyində görmüşəm. Siz də “Anadolu” agentliyində işləyirsiniz və bu şayiələrin hardan yarandığı haqda cavab verməlisiniz. 


Azərbaycan prezidenti bizim yaxın dostlarımızdandır və verilən bu kimi suallar istiqamətləndirici suallardır və mən bu cür şayiələrin yayılmasından təssüflənirəm. Sizdən istəyirəm ki, bu kimi şayiələri yaymaqdan əl çəkəsiniz. Türkiyənin İran və Azərbaycanla əlaqələri qarşılıqlı ehtiram prinsipinə söykənir. İmkan verin bu prosess davam etsin” –deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bəyan edib.


Səid Xətibzadə həmçinin “Azərbaycan prezidentinin İranın Rusiya silahlarının ölkə ərazisindən Ermənistana çatdırılmasının qarşısını alması ilə bağlı bəyanatına” toxunaraq deyib ki, İranın sabit prinsipi var və nə Dağlıq Qarabağ münaqişəsinə, nə də başqa hər hansı digər bir münaqişəyə laqeyd yanaşmır: “Biz bu kimi böhranların sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. 


Biz münaqişə tərəflərindən heç birinə öz ərazimizdən silah daşınmasına imkan vermədik. Regionumuz bundan artıq böhrana və savaşa dözə bilməz. Bərqərar edilən atəşkəsi nəzərə alaraq, güman edirik ki, bütün tərəflər mükəmməl və hər tərəfli danışıqlara qatılmalıdır. Hesab edirik ki, bu otuz illik böhran İranın təklif etdiyi planına əsasən beynəlxalq hüquq çərçəvisində öz həllini tapmalıdır. 


Xarici işlər nazirimiz Məhəmməd Cavad Zərifin Bakıya və Moskvaya səfərinin təxirə salınması məsələsinə gəldikdə, bu səfərdə əsas məqsəd Dağlıq Qarabağ ətrafında yaranmış böhran haqda danışıqlar aparmaqdır. Əvvəlcə səfərin yalnız Bakıya və Moskvaya gerçəkləşdirilməsi nəzərdə tutulmuşdu. Ermənistana isə səfər sonradan proqrama salındı. Lakin Ermənistanda və bu ölkənin Xarici İşlər Nazirliyində baş verən bəzi dəyişiklikləri nəzərə alaraq, hər üç ölkəyə səfər təxirə salındı. 


İranla Rusiyanın əlaqələri strateji xarakter daşıyır. Bizim Azərbaycanla da əlaqələrimiz inkişafa doğru hərəkət edir. Biz münasibətlərimizin səviyyəsini yüksəltmək üçün tarixi bir dönüş nöqtəsindəyik. İranın isə öz qonşuları ilə bağlı siyasəti dinc yanaşı yaşamaq və regional problemləri sıfıra endirmək prinsipinə əsaslanır” –deyə, səid Xətibzadə əlavə edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

2021-08-03

gun az article

"Diriliş Ertuğrul"un aktyoru infarktdan dünyasını dəyişdi

2021-08-03

gun az article

Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib

2021-08-03

gun az article

Qırğızıstanın keçmiş Baş naziri saxlanıldı

2021-08-03

gun az article

Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə dəstək

2021-08-03

gun az article

Bakının yekun Baş Planı bu ayın sonunda Nazirlər Kabinetinə göndəriləcək

2021-08-03

gun az article

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

2021-08-03

gun az article

Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb

2021-08-03

gun az article

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord

2021-08-03

gun az article

Mazandaran əyalətində 3 bəhai kəndli ailəsinin evləri dağıdılıb - VİDEO

2021-08-03

gun az article

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

2021-08-03

gun az article

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib

2021-08-03

gun az article

Sabiq deputat Eldəniz Səlimov saxlanılıb

2021-08-03

gun az article

İsraildən Avropa Birliyinə çağırış: ""Tehran qəssabı"nın andiçmə mərasiminə qatılmayın"

2021-08-03

gun az article

Xamneyi yeni "seçilmiş" prezident İbrahim Rəisinin səlahiyyətlərini təsdiq etdi

2021-08-03

gun az article

Azərbaycanda polisi döyən deputatın səlahiyyətlərinə xitam verildi

2021-08-03

gun az article

Blinken: “İranın İsrail gəmisinə qarşı hücumuna koordinasiyalı şəkildə ortaq cavab verəcəyik”

2021-08-03

gun az article

Azərbaycanda benzin bahalaşdı

2021-08-03

gun az article

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

2021-08-03

gun az article

Boris Conson: “İran İsrail gəmisinə etdiyi dəhşətli hücumun nəticələri ilə üzləşməlidir”

2021-08-03