Rəsmi Tehranın sözçüsü: “Biz Ermənistanla Azərbaycan arasında dərhal atəşkəs elan olunmasının tərəfdarıyıq”

2020-09-28 14:04

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə sentyabrın 28-də mediaya açıqlamasında işğalçı Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təcavüzünə münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article


Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətinə və dinc azərbaycanlıları hədəf almasına toxunmayan Xətibzadə, iki ölkənin atışması nəticəsində iki raketin Xudafərin məntəqəsində İran ərazisinə düşməsini vurğulayaraq, deyib ki, rəsmi Tehran bölgədə baş verən olayları yaxından izləyir: “Heç də yaxşı olaylar baş verməyib və hesab edirik ki, bölgədəki mövcud vəziyyət bundan artıq zoraklılıqlara dözə bilməz. 


Biz bu hadisələrdən dərhal sonra təcili Azərbaycan və Ermənistan rəsmiləri ilə əlaqə saxlayaraq, dedik ki, bu qarşıdurmalar dərhal dayandırılmalı, münaqişə tərəfləri danışıqlara başlamalıdır.


Hesab edirik ki, bu problemin yeganə həll yolu, təcili atəşkəsin elan olunması və hər iki tərəfin müzakirələrə başlamasıdır. İranın bu məsələ barədə siyasəti dəyişməyib və biz həmişə iki ölkə arasında danışıqların aparılmasına yardım etməyə hazır olduğumuzu biuldirmişik. Hesab edirik ki, bu ixtilafın hərbi yol variantı ilə həll olunması mümkün deyil. 


İran İslam Respublikası regionda baş verən bu olayları tam diqqətlə yaxından izləyir, münaqişə tərəfləri ilə daima təmasda olur və bu istiqamətdə özünün bütün potensialından istifadə edir. Biz iki qonşu ölkə arasında dərhal atəkəs elan olunmasının tərəfdarıyıq və sözsüz ki, bütün potensialımızı buna yönəldəyəcəyik” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə əlavə edib.


Xatırladaq ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.


Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.


Azərbaycan Ordusunun düşmənin yeni təcavüzünə cavab olaraq əks hücuma keçməsi nəticəsində on illərdir erməni işğalında olan 7 kəndimiz və bir neçə yüksəkliyimiz azad edilib, 550-dən çox düşmən qüvvəsi zərəsizləşdirilib.


Qeyd edək ki, dünya müsəlmanlarının himayədarı olduğunu iddia edən İran İslam Respublikası bu günə qədər nəinki Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsini pisləməyib, əksinə hər zaman rəsmi İrəvana dəstək verib. İran rejiminin vaxtaşırı Ermənistana gizli silah göndərməsi və ermənilərə hərtərəfli yardımı buna sübutdur.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı

2021-05-14

gun az article

Ukraynada hökumət böhranı - iki nazir istefa verdi

2021-05-14

gun az article

Mehriban Əliyeva Qarabağdan görüntü paylaşıb - FOTO, VİDEO

2021-05-14

gun az article

ABŞ-da koronavirusdan ölənlərin sayı 584 mini ötüb

2021-05-14

gun az article

Bakıda restoranda partlayış olub, dörd nəfər xəsarət alıb

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı

2021-05-14

gun az article

Azərbaycanda daha 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

2021-05-14

gun az article

DSX Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib: Danışıqlar gedir

2021-05-14

gun az article

“Paşinyan Putindən yardım istəməyib” - Kremldən AÇIQLAMA

2021-05-14

gun az article

Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ

2021-05-14

gun az article

Məsciddə partlayış: 12 ölü, 20 yaralı

2021-05-14

gun az article

Ceyhun Bayramov ABŞ-ın Dövlət Katibinin rəsmisi ilə telefonla danışıb

2021-05-14

gun az article

İranda sünnilərə qarşı ayrı-seçkilik narazılıq doğurdu: "Hakimiyyət bu rəftarı dəyişməlidir"

2021-05-14

gun az article

Ermənilərin Zəngəzur təlaşı: “Sovet vaxtında olan sərhədlərə qayıdırıq, o torpaqlar bizimdir”-Politoloq

2021-05-14

gun az article

İranda koronavirusdan daha 202 nəfər ölüb, 10 145 nəfər virusa yoluxub– RƏSMİ STATİSTİKA

2021-05-14

gun az article

Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib - FOTO

2021-05-14

gun az article

Ağ Evdən İran AÇIQLAMASI: "Bütün gücümüzü işə salacağıq”

2021-05-14

gun az article

“Qəzzada əməliyyatlar nə qədər lazımdırsa, o qədər davam edəcək”-Baş nazir

2021-05-14

gun az article

Fransa prezidentindən Azərbaycana qarşı ƏSASSIZ İTTİHAM

2021-05-14

gun az article

Paşinyan Putinə zəng edib

2021-05-14