SON XƏBƏRLƏR

Rəsmi Tehranın sözçüsü, Fransanın ballistik raketlərlə bağlı danışıqlar aparılması ilə bağlı təklifini rədd edib

2021.10.20, 07:36
Rəsmi Tehranın sözçüsü, Fransanın ballistik raketlərlə bağlı danışıqlar aparılması ilə bağlı təklifini rədd edib

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi avqustun 31-də jurnalistlərə açıqlamasında Fransanın xarici işlər naziri Jan İv Le Drianın ballistik raketlər proqramı barədə danışıqlar aparılması ilə bağlı təklifini rədd edib.

 

Qasimi bildirib ki, rəsmi Tehran, hazırkı vəziyyətdə öz raketləri ilə bağlı Avropa ölkələri ilə müzakirə aparmağa əsas görmür: “Hesab edirik ki, hazırkı şəraitdə belə bir müzakirə aparılması üçün hər hansı bir səbəb, zərurət, etibar və inam qalmayıb. Təəssüflər olsun ki, Avropa ölkələrinin rəhbərləri mükəmməl beynəlxalq bir razılaşma olaraq, nüvə sazişini qoruyub saxlamaq üçün hər hansı səmərəli bir addım ata bilməyiblər”.

 

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan İv Le Drian avqustun 30-da Vyanada keçirilən Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında çıxış edərək, İranın Orta Şərqdəki rolundan, ballistik raket proqramından və nüvə sazişindən danışıb.

 

Fransanın xarici işlər naziri Jan İv Le Drian

 

O bildirib ki, ballistik raket proqramını dayandırmalı, Orta Şərqin sabitliyinə qarşı yönəlmiş əməllərindən əl çəkməlidir: “İran nüvə sazişinin əsas üsullarına riayət etməlidir. Şəxsən düşünürəm ki, İran bu günə qədər bunu edib və nüvə razılaşmasına hörmətlə yanaşıb.

 

Lakin İran, bizi narahat edən digər mövzular haqda, yəni ballistik raketlər və Orta Şərqdə gedən münaqişələrdəki rolu barədə danışıqlar aparmaqdan boyun qaçıra bilməz. Düşünürəm ki, biz İranla bu üç məsələ barədə, müzakirələr aparmalıyıq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar