SON XƏBƏRLƏR

Rəsmi Tehranın sözçüsü: “Neft bazarında heç bir ölkənin İranın yerini tutmasına imkan verməyəcəyik”

2021.10.20, 07:36
Rəsmi Tehranın sözçüsü: “Neft bazarında heç bir ölkənin İranın yerini tutmasına imkan verməyəcəyik”

Gunaz.tv

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi aprelin 25-də jurnalistlərə açıqlamasında Amerikanın İran neftinin satışına qoyduğu qadağadan və dünya neft bazarında İrana alternativ sayıla biləcək ölkələrdən danışıb.

 

Öz açıqlamasında Səudiyyə Ərəbistanı və Bəhreynin Vaşinqtonun İran neftinə tətbiq etdiyi sanksiyasına dəstəyini pisləyən Abbas Musəvi, bu iki ölkəni “kor-koranə şəkildə Amerikaya tabe olmaqda” günahlandırıb: “İran İslam Respublikası dünya neft bazarında heç bir ölkəyə onun yerini tutmasına imkan verməyəcək. Hesab edirik ki, İran neftinin ixracatına qoyulan qadağanın sonrakı fəsadlarına görə Amerika hökuməti məsuliyyət daşımalı olacaq. Həmçinin İran milləti bu tarixi və həssas şəraitdə bəzi region ölkələrinin bizə qarşı düşmənçiliyini heç vaxt unutmayacaq”-deyə Abbas Musəvi əlavə edib.

 

Qeyd edək ki, Amerikanın İrandan neft alan 8 ölkəyə öz neft ehtiyaclarını təmin etmək məqsədilə alternativ variant axtarıb tapmaq üçün verdiyi 180 günlük möhlətin vaxtı mayın 2-də başa çatır. Bu günə qədər Amerikanın sanksiyalarından istisna edilən həmin ölkələr, mayın 2-dən sonra İrandan neft alışını tamamilə dayandırmalı olacaqlar. Əks təqdirdə həmin ölkələr Vaşinqtonun ağır sanksiyalarına məruz qalacaqlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar