Rəsmi Tehranın sözçüsü Qarabağ atəşkəsindən danışdı: “Beynəlxalq sərhədlərdə hər hansı bir dəyişiklik olmayacaq”

2020-11-18 15:56

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 18-də ölkənin “PressTV” telekanalına açıqlamasında Dağlıq Qarabağ münaqişəsindən və 44 günlük savaşdan sonra Azərbaycanın işğalçı Ermənistanı məğlubiyyətə uğratmasının ardınca bölgədə yaranmış atəşkəsdən danışıb.

Gunaz.tv Quote | Gunaz article


Rəsmi Tehranın Dağlıq Qarabağ müharibəsi barədəki mövqeyini şərh edən Səid Xətibzadə, İranla Ermənistan arasındakı sərhədin dəyişdiriləcəyi və ya onun tamamilə aradan götürüləcəyi ilə bağlı yayılan şayiələri rədd edib: “İran İslam Respublikası qonşularımız olan Azərbaycan və Ermənistan arasındakı 30 illik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərilən hər bir səyi müsbət qarşılayıb. 


Şübhəsiz ki, beynəlxalq sərhədlərdə hər hansı bir dəyişiklik olmayacaq. Daha doğrusu, nə İran sərhədləri, nə də ümumiyyətlə bu bölgədə sərhədlər dəyişməyəcək. 


Bizim Bakı və İrəvanla və regionun digər paytaxtları ilə yaxın əlaqələrimiz var. Biz son 30 ildə bu münaqişənin həlli üçün əlimizdən gələn qədər yardım etmişik. Əlbəttə bəzi  mövzular var ki, onları asanlıqla həll etmək mümkün deyil. Lakin buna baxmayaraq, bu istiqamətdə göstərilən hər hansı bir təşəbbüsü İran müsbət qarşılayır.
 

Bu atəşkəsgin bərqərar olunması üçün müxtəlif amillər fəaliyyət göstərirdi. İran isə açıq şəkildə öz qonşularına (Azərbaycan və Ermənistan-red) dedi ki, onlar beynəlxalq sərhədlərə, bir-birinin müstəqilliyinə, ölkələrin ərazi bütövlüyünə və digər beynəlxalq dəyərlərə hörmətlə yanaşmalıdırlar. Problemin həlli üçün İranın hazırladığı plan və təklifi qarşı tərəflərə çatdırıldı. Bizim irəli sürdüyümüz təklif və planın mühüm hissələri isə demək olar ki, hazırda bərqərar olunmuş bu atəşkəslə üst-üstə düşür. Biz bu münaqişənin diplomatik yolla həll olunacağına çox nikbin yanaşırıq” –deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün “PressTV” telekanalına açıqlamasında bəyan edib.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dünyada koronavirusa yoluxanların sayı 160 milyon nəfəri ötdü

2021-05-11

gun az article

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verib

2021-05-11

gun az article

Təl-Əvivdə hava hücumu ilə əlaqədar həyəcan siqnalı verilib

2021-05-11

gun az article

Bolqarıstan parlamenti buraxıldı

2021-05-11

gun az article

Azərbaycanda COVİD-19 statistikası: Yoluxma sayı azaldı

2021-05-11

gun az article

İranşəhrdə 5 yaşlı uşaq polis tərəfindən güllələndi–ETİRAZ

2021-05-11

gun az article

Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar - FOTOLAR

2021-05-11

gun az article

Türkiyə XİN Rusiyaya başsağlığı verdi

2021-05-11

gun az article

Kazanda məktəbə edilən hücum nəticəsində ölənlərin sayı dəqiqləşdi – Tatarıstanda matəm elan olundu

2021-05-11

gun az article

Ned Prays: “Amerikanın nüvə sazişinə qayıtması onun digər sahələrdə İrana qarşı sanksiyalar qoymasına mane olmayacaq”

2021-05-11

gun az article

Azərbaycanla Rusiya arasında yeni sənəd İMZALANDI

2021-05-11

gun az article

İranda koronavirusdan daha 307 nəfər ölüb, 18 133 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-11

gun az article

Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib

2021-05-11

gun az article

“Minalanmış ərazilərin xəritəsi məsələsi tezliklə həll olunacaq” - Lavrov

2021-05-11

gun az article

Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"

2021-05-11

gun az article

Azərbaycan XİN başçısı: "Ermənistan sülh prosesini pozur"

2021-05-11

gun az article

İranda prezidentliyə namizədlərin qeydiyyata alınmasına başlanılıb

2021-05-11

gun az article

Amerikada İran müzakirəsi: “Bu, İranın siyasi dairələrində ciddi narahatlıq doğurub”-Millət vəkili

2021-05-11

gun az article

İranda təlim təyyarəsi qəzaya uğrayıb: Pilot və köməkçisi həlak olub

2021-05-11

gun az article

İran hakimiyyətində qarşıdurma: Ruhani Nəzarət Şurasının qalmaqallı qərarını rədd etdi

2021-05-11