SON XƏBƏRLƏR

Rəsmi Tehranın sözçüsü Rusiya rəsmisinə cavab qaytardı: “Heç kəs İranı istəmədiyi işə məcbur edə bilməz”

2021.10.20, 07:36
Rəsmi Tehranın sözçüsü Rusiya rəsmisinə cavab qaytardı: “Heç kəs İranı istəmədiyi işə məcbur edə bilməz”

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, mayın 21-də jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevin İranın Suriyadan çıxması ilə bağlı səsləndirdiyi son bəyanatına kəskin reaksiya verib.

 

Bəhram Qasimi, Jurnalistlərdən birinin verdiyi “Rusiya rəsmilərindən biri deyib ki, Suriyadakı xarici qüvvələr, o cümlədən də İran qüvvələri bu ölkəni tərk etməlidir. Sizcə Rusiya İranı Suriyadan çıxmağa məcbur edə bilərmi” sualı cavablandırarkən bildirib ki, İranın hərbi qüvvələri Suriya hökumətinin dəvəti ilə bu ölkəyə göndərilib: “Heç kəs İranı istəmədiyi işə məcbur edə bilməz. İran, bölgədə və dünyada özünün milli maraqları əsasında siyasətini təyin edən müstəqil bir ölkədir.

 

İranın Suriyada hərbi mövcudluğu, Suriya hökumətinin rəsmi dəvəti ilə gerçəkləşdirilib. Bizim əsas hədəfimiz, Suriyada terrorizmə qarşı mübarizə aparmaq, bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasıdır. Biz, lazım olana qədər və Suriya hökuməti bizdən yardım istədiyi vaxta qədər bu ölkədə qalacaq, Suriyada və regionda terrorizmə qarşı mübarizəmizi davam etdirəcək, Dəməşqə yardım edəcəyik. Hesab edirik ki, Suriya hökumətinin razılığı olmadan bu ölkənin ərazisinə daxil olan və onun ərazi bütövlüyünü pozan qüvvələr Suriyanı tərk etməlidir”.

 

Xatırladaq ki, Rusiya prezidenti Valdimir Putin, mayın 17-də Soçiyə səfər edən Suriya prezidenti Bəşər Əsədlə görüşərək, Suriyada cərəyan edən siyasi prosesdən danışıb: “Suriyada hərbi qələbə əldə olunmasından sonra elə bir şərait yaranıb ki, siyasi prosesin başlanmasına olduqca yardım edir. Hesab edirəm ki, səmərəli və əsaslı bir siyasi prosesin başlanması ilə xarici qüvvələr Suriyadan çıxacaqlar”.

 

 Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev

 

Putinin bu açıqlamasının ardınca, onun Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, mayın 18-də jurnalistlərə açıqlamasında Rusiya prezidentinin məsələ ilə bağlı son bəyanatını şərh edib: “Putinin, xarici qüvvələrin Suriyadan çıxması ilə bağlı səsləndirdiyi son bəyanatının siyasi bir mesajı var. Bu isə bir proqram əsasında həyata keçirilməlidir. Putinin, Suriyadan çıxması gərəkən xarici qüvvələr dedikdə nəzərdə tutduğu xarici qüvvələr, bu ölkədə mövcud olan bütün xarici hərbi hissələr, o cümlədən də Amerika, Türkiyə, Livan “Hizbullah”ı və İran qüvvələridir”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar