SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton: "İraqda İrana bağlı yaraqlılar Amerika hərbçilərinə qarşı ciddi təhdiddir"

2021.10.20, 07:36
Rəsmi Vaşinqton: "İraqda İrana bağlı yaraqlılar Amerika hərbçilərinə qarşı ciddi təhdiddir"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbərinin köməkçisi Devid Şanker bildirib ki, İraqda İranın dəstəklədiyi yaraqlılar hələ də amerikalı hərbçilərə qarşı ciddi təhdid hesab edilirlər.

 

O, dünən jurnalistlərlə video konfrans vasitəsilə keçirdiyi mətbuat konfransında bu barədə ətraflı məlumat verməyib. Lakin təhdidin diqqətə alınacaq səviyyədə olduğunu qeyd edib.

 

Ötən həftə ABŞ prezidenti Donald Tramp İran və İraqda ona bağlı qruplaşmaların amerikalı hərbçilərə qarşı yeni "surpriz hücum" hazırladığnı bəyan etmişdi. O, eyni zamanda rəsmi Tehranı bunun baş verəcəyi təqdirdə, ağır bədəllər ödəməklə təhdid etmişdi.

 

Aprelın 6-da Amerikanın neft şirkəti olan "Halliburton"un fəaliyyət göstərdiyi Bəsrənin cənubunda yerləşən İraqın neft təsisatına bir neçə qanadlı raket atılmışdı. İraq polisi atılmış raketlərin sayının 3, ordu isə 5 olduğunu bəyan etmişdi. Daha sonra keçirilmiş əməliyyat nəticəsində ərazinin yaxınlığından atılmamış 11 raketlə birlikdə raketatıcı aşkar edilmişdi. Rəsmilər hücum nəticəsində ölən və yaralanların olmadığını, eləcə də neft təsisatına zərər dəymədiyini desələr də, bəzi agentliklər 3 iraqlı fəhlənin yaralandığını bildirirdilər.

 

Digər tərəfdən, bir neçə gün öncə ABŞ mediası Pentaqonun gələn həftələrdə İraqda İrana bağlı şiə qruplaşmalarına qarşı hərbi əməliyyatlar başlatmaq üçün planı nəzərdən keçirdiyi, eləcə də bu ölkənin hərbçilərinin həmin əməliyyatlara hazırlaşdığı barədə məlumat yayıb. Xəbərlərdə "Həşdəş-Şəbi" qruplaşmasının ən böyük tərkib hissələrindən biri olan "Kətaibul-Hizbullah"ın tamamilə məhv edilməsinin artıq ABŞ Müdafiə Nazirliyinin agendasına daxil edildiyi deyilir.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar