Rəştdə yaşayan 5 milli- mədəni fəal məhkəməyə çağırılıb- FOTO

2020-11-17 13:54

Rəştdə yaşayan 5 güney azərbaycanlı milli- mədəni fəal Vədud Əsədi, Məhəmməd Eyni Çunexan, İbrahim Gənci Əfsuran, Vəhid Bəyzadə və Məhəmməd Şiri bu şəhərin Ümumi və İnqilab məhkəməsinə çağırılıb.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə fəallara İran Məhkəmə Sisteminin elektron sistemindən bildiriş göndərilib. 


Bildirişdə qeyd edilib ki, onlar məlumatın elektron sistemdə dərc edilməsindən sonra 5 gün sonra irəli sürülən ittihamlar üzrə son müdafiə çıxışlarını etmək üçün Rəştin Ümumi və İnqilab məhkəməsinə gəlməlidirlər. 


Həmin sənəddə milli fəallara qarşı "ölkə təhlükəsizliyinə qarşı qruplaşma və sözləşmə" ittihamının irəli sürüldüyü bildirilir. 

 


Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilmiş fəallar oktyabrın 20-də Quzey Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda keçirdiyi döyüş əməliyyatlarına dəstək və İrandan Ermənistana hərbi texnika daşınmasının qarşısının alınması üçün Nurduz gömrüyünün bağlanması tələbi ilə keçirdikləri etiraz aksiyası zamanı tutulmuş və mülki vəsiqə qarşılığında ibtidai istintaq dövrünün bitməsinə qədər müvəqqəti olaraq azadlığa buraxılmışdılar. 


İranın təhlükəsizlik qüvvələri Qarabağda son döyüşlərin başlamasının ilk günündən etibarən Güney Azərbaycan şəhərləri və Tehranda Azərbaycan Ordusuna mənəvi dəstək üçün təşkil edilən hər bir aksiyanı vəhşicəsinə yatırıb, yüzlərlə güney azərbaycanlını həbs edərək ağır işgəncələr verib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.20.2020: Qarabağ Savaşı və Bütöv Azərbaycan Ülküsünün Dirçəlişi

2020-11-28

gun az article

GünazTV Nov.27.2020-Azadlıq səsi: Güney Azərbaycan hazır olmalıdır.

2020-11-28

gun az article

“Amnesty International Türkiyə” Abbas Lisaninin sərbəst buraxılması üçün imza kampaniyası başladıb.

2020-11-27

gun az article

GünazTV Nov.27.2020 : 27 illik Kəlbəcər həsrətindən sonra Azərbaycan ordusu qədim Kəlbəcərdə möhkəmləndirmə işləri aparır

2020-11-27

gun az article

Qarabağın azadlığına dəstək verən "Səid Sultani və Babək Kiyumərsi" nin həbsindən 55 gün keçdi.

2020-11-27

gun az article

Güney Azərbaycanın Süngün mədəninin işçiləri mühacir kürdlərlə əvəz edilir

2020-11-27

gun az article

“Həştərud”da yol qəzası baş verib

2020-11-27

gun az article

Bostanabadın 130 kəndinin yolu bağlanıb

2020-11-27

gun az article

Əli Xeyrcu və Meysəm Colani Ərdəbil məhkəməsinə çağırılıb

2020-11-27

gun az article

Şərqi Azərbaycanda incəsənət müəssisələri müflis olmaqla üz-üzədir

2020-11-27

gun az article

Şərqi Azərbaycanda işlə bağlı ölümlərdə artım

2020-11-27

gun az article

Güney Azərbaycanın “Həştərud” bölgəsində ağır qar səbəbilə 120 kənd təcrid olunub

2020-11-27

gun az article

Urmu həbsxanasında baş verən üsyanda 15 məhbus ağır yaralanıb

2020-11-27

gun az article

Güneyli ekizlər "Varan" və "Ozan"a türk adlarına görə sənəd verilmir

2020-11-27

gun az article

GünazTV Nov.26.2020-Sözümüz: Azərbaycan Dərgiləri

2020-11-27

gun az article

GünazTV Nov.26.2020- Düşünməyə Çağırı: Qarabağ və Gərçəklər

2020-11-27

gun az article

Urmu şəhərinin bir çox yerlərində elektirik enerjisi kəsilib

2020-11-26

gun az article

Ərdəbil şəhərinin duvarlarında məhbus milli fəallara dəstək qrafitləri

2020-11-26

gun az article

GünazTV Nov.26.2020: Paylaşım programı 2-ci Bölüm

2020-11-26

gun az article

Güney Azərbaycanın bəzi bölgələrinə qar yağıb- FOTO

2020-11-26