SON XƏBƏRLƏR

Rəsul Xətibi Bakıda şəhidlər xiyabanını ziyarət edib - VİDEO

2021.10.20, 07:36
Rəsul Xətibi Bakıda şəhidlər xiyabanını ziyarət edib - VİDEO

Gunaz.tv

GünAz TV: Əksər güney azərbaycanlılar kimi məşhur keçmiş futbolçu Rəsul Xətibi də Bakıda olarkən şəhidlər xiyabanını ziyarət edib.

 

Oktyabrın 4-də “Qarabağ”-“Arsenal” görüşünü izləmək üçün Bakıya gələn R.Xətibi Azərbaycan şəhidlərinin xatirəsini böyük ehtiramla yad edib.

 

https://www.youtube.com/watch?v=80jTeZOL9ew

 

 

Təbrizin “Traxtur” futbol komandasının keçmiş baş məşqçisi cümə axşamı günü Bakının Olimpiya stadionunda farsdilli televiziya aparıcılarının “Qarabağ” komandasını lağa qoymalarını da pisləmişdir.

 

O İran televiziyası aparıcılarının irqçi yanaşması haqda bildirib ki, aparıcı burada olub və bugünkü “Qarabağ” tərəfdarlarını görsəydi, yəqin ki, utanardı.

 

“Traxtur”un texniki heyətində məşqçi kimi fəaliyyət göstərən Rəsul Xətibi “Qarabağ”la “Arsenal”ın oyununa da münasibət bildirib: “Bizə udub-uduzmaq çox da mühüm deyil, əsas məsələ birliyimizdir”

 

O “Qarabağ”a uğurlar arzulayaraq “Yaşasın “Traxtur””, “Yaşasın “Qarabağ”” və “Yaşasın Azərbaycan” sözləri ilə açıqlamasını başa vurub.

 

Oktyabrın 3-də “İdman Raportu” (Qozareş vərzeşi) televiziya verilişində Məhəmmədrza Əhmədi və Rza Cavdani Azərbaycanın “Qarabağ” komandasını lağa qoyaraq gülüblər.

 

Komanda ilə bağlı bir neçə cümlə danışan iki aparıcı canlı verilişdə Azərbaycana qarşı nifrətlərini bu şəkildə nümayiş etdiriblər.

 

Hiss olunur ki, aparıcılar “Qarabağ” komandası və onun təmsil etdiyi ölkəni zəif göstərmək məqsədi ilə gülürlər. Farsdilli aparıcıların bu hərəkəti azərbaycanlı internet istifadəçilərinin kəskin etirazına səbəb olub.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar