SON XƏBƏRLƏR

Rəsulzadənin Berlində nəşr etdiyi “Qurtuluş“ jurnalının yeni nüsxələri tapılıb

2021.10.20, 07:36
Rəsulzadənin Berlində nəşr etdiyi “Qurtuluş“ jurnalının yeni nüsxələri tapılıb

Gunaz.tv
Rəsulzadənin Berlində nəşr etdiyi “Qurtuluş“ jurnalının yeni nüsxələri tapılıb article_1214807184.gif Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin naşirliyi altında Berlində çıxarılan “Qurtuluş“ jurnalının 1935-1937-ci illərdə işıq üzü görmüş təxminən 50-70 arasında yeni nüsxələri tapılıb. Nüsxələri Berlində fəaliyyət göstərən Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu dünya şöhrətli Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin tədqiqatı ilə məşğul olarkən aşkarlayıb. Bu barədə institutun direktoru Nuridə Atəşi məlumat verib. “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı altında çıxan, Azərbaycan Milli Qurtuluş hərəkatının aylıq orqanı olan jurnalda M. Ə. Rəsulzadə, H. Münşi, M. Məmmədzadə, A. K. Qulu, Azəri, V. Nuhoğlu və Y. Əli baş yazar kimi fəaliyyət göstərib. Yeni aşkarlanan nüsxələrdə 1905 və 1918-ci illərdə həm ermənilərin, həm də bolşeviklərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları, vəhşiliklər, habelə həmin dövrün bir çox siyasi-ictimai və mədəni hadisələri şahidlərin və dövrü mətbuatın dili ilə aydınlığa çıxarılır. Bundan başqa, jurnalla xüsusi əməkdaşlıq edən Azərbaycanın milli şairi Almaz Yıldırımın dərgidə bir neçə şeiri (çox güman ki, indiyə qədər naməlum şeirləri-N.A.), müsahibələri, fikirləri dərc olunub. N. Atəşi bildirib ki, jurnalların ələ verilməsi və üzünün çıxarılması qadağan edildiyindən tədqiq etmə prosesi ləng gedir: “Lakin bu çətinliklərə baxmayaraq, institutumuzun əməkdaşları tədqiqata davam edirlər”. Qeyd edək ki, “Qurtuluş” jurnalı 1934-1938-ci illərdə nəşr olunub. //APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar