SON XƏBƏRLƏR

Reuters: “İran hökumətinə bağlı hakerlər xaricdə yaşayan jurnalistləri tələyə salmağa çalışırlar”

2021.10.20, 07:36
Reuters: “İran hökumətinə bağlı hakerlər xaricdə yaşayan jurnalistləri tələyə salmağa çalışırlar”

Gunaz.tv

GünAz TV: Reuters agentliyi özlərini jurnalist kimi təqdim edən şəxslərin xaricdə yaşayan iranlı jurnalistlərlə əlaqə saxlayaraq, onların şəxsi məlumatları və kodlarını əldə etməyə çalışdıqları barədə məlumat yayıb.

 

Məlumata əsasən, Kiber Təhlükəsizlik Şirkətinin araşdırmaları göstərib ki, həmin şəxslər xaricdə yaşayan jurnalistləri tələyə salmağa çalışan və bu istiqamətdə jurnalist adı altında fəaliyyət göstərən İran hökumətinə bağlı hakerlərdir.

 

Reuters qeyd edir ki, bir neçə xaricdə yaşayan jurnalistə İran hökuməti ilə əlaqəli hakerlərdən zəng daxil olub. Həmin şəxslər özlərini jurnalist kimi təqdim edərək, onlarla müsahibə aparmaq istədiklərini deyiblər. Jurnalist adı altında gizlənən hakerlər öz müsahiblərindən sualları görmək üçün “Gmail” kodunu daxil etmələrini istəyiblər. Bununla da onlar jurnalistlərin şəxsi məlumatlarını əldə etməyə çalışıblar.

 

Hətta hakerlər bu yolda Amerika- İran vətəndaşlığı olan, “New York Times” və "Wall Street Journal" kimi mətbu orqanların əməkdaşı olmuş Fərnaz Fəssihinin adından istifadə ediblər.

 

“Certfa” təhlükəsizlik şirkətinin araşdırmaları göstərib ki, Fərnaz Fəssihinin adından istifadə edənlər “Charming Kitten” adlı haker qrupudur və onlar son dövrlər İranla çoxlu sayda telefon əlaqəsi yaradıblar.

 

Hakerlər xaricdə yaşayan, jurnalist və fotoqraf kimi çalışan Həsən Sərbəxşiyanı da bu yolla tələyə çalmağa çalışıblar. Onlar yenə də Fərnaz Fəssihinin adından istifadə edərək, Həsən Sərbəxşiyanla əlaqə saxlayıb, onunla fotolarının yayınlanması üçün müqavilə bağlamaq istədiklərini deyiblər.

 

Digər bir neçə jurnalist də bu formada telefon zəngləri qəbul etdiklərini deyiblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar