SON XƏBƏRLƏR

“Reuters”: “İranın gündəlik neft ixracatının həcmi 300 min barelə düşüb”

2021.10.20, 07:36
“Reuters”: “İranın gündəlik neft ixracatının həcmi 300 min barelə düşüb”

Gunaz.tv

GünazTV: Son üç həftədə İranın gündəlik neft ixracatının həcmi kəskin azalaraq 300 min barelə düşüb”. Bu barədə “Reuters” agentliyi dünyanın neft və sənaye şirkət və mənbələrinə istinadən iyunun 24-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, İranın iyun ayında neft ixracatının həcminin kəskin aşağı düşməsinə (günlük 300 min barel) baxmayaraq, islam respublikasının cari ildəki büdcəsində gündəlik neft ixracatının həcmi 1 milyon 500 min barel nəzərdə tutulmuşdu. Qeyd olunur ki, Amerikanın sanksiyalarından əvvəl, İranın gündəlik neft ixracatının həcmi 2 milyon 500 min barel təşkil etsə də, bu rəqəm getdikcə kəskin azalmağa başlayıb.

 

İranın neft naziri Bijən Namdar Zəngənə isə iyunun 24-də jurnalistlərə açıqlamasında “Reuters” agentliyinin bu barədə yaydığı xəbəri “yalan” adlandırsa da, jurnalistin ona verdiyi “Hazırda İran günd nə qədər neft satır” sualına cavab verməkdən boyun qaçırıb: “Mən rəqəm deməyəcəyəm. Bu bizim ziyanımızadır” –deyə Zəngənə əlavə edib.

 

İranın neft naziri Bijən Namdar Zəngənə

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar