Reyns Pribus: Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyini qəbul edir

2017-01-09 12:53

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti seçilmiş Donald Tramp Amerika kəşfiyyat orqanlarının Rusiyanın Birləşmiş Ştatlarda seçkilər zamanı kiber hücumlar keçirdiyi haqda nəticələrini qəbul edir və buna cavab verə bilər.

Bu açıqlamaları Trampın hakimiyyətə gələcək prezident idarəsinin rəhbəri Reyns Pribus bazar günü müsahibə zamanı verib.

 

Reyns Pribus deyib ki, Tramp Rusiyanın Demokrat partiyasının qurumlarına müdaxilənin arxasında olduğuna inanır. Lakin o, Trampın hakerlik fəaliyyətlərinin Rusiya prezidenti Vladimir Putin tərəfindən idarə edildiyi ilə razı olub-olmadığına aydınlıq gətirməyib.

"O bu konkret halda Rusiyadakı təşkilatların iştirakını qəbul edir, bu məsələdə problem yoxdur"-deyə Pribus Fox xəbər agentliyinə bildirib.

 

Bu, ilk dəfədir ki, prezident seçilmiş Trampın respublikaçı komandasının yüksək səviyyəli üzvlərindən biri Rusiyanın hakerlikdə və 2016-cı il prezident seçkilərində Demokrat partiyasının emaillərinin sızdırılmasında birbaşa rolunu qəbul edir.

 

Tramp Rusiyanın onun qələbəsinə kömək etmək məqsədilə hakerlik fəaliyyətlərinin arxasında olduğuna dair iddiaları qəbul etmirdi.

 

Yanvarın 20-də andiçmə məörasiminə iki həftədən az qalan bir vaxt Tramp kəşfiyyat agentliklərinin Rusiyanın hakerlik fəaliyyətləri və Moskvanın noyabrın 8-i prezident seçkilərinə təsir göstərmək cəhdlərinə dair gəldiyi nəticələri qəbul etmək üçün respublikaçıların artan təzyiqləri ilə qarşılaşırdı.

 

Amerika kəşfiyyatının xüsusi hesabatında Rusiya prezidenti Vladimir Putinin 2016-cı il ABŞ prezident seçkilərini pozmağa və Donald Trampın seçilməsinə kömək etmək məqsədilə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu presedenti olmayan bir şəkildə etibardan salmağa çalışdığı deyilir.

 

Keçən həftənin cümə günü ABŞ-ın kəşfiyyat agentliklərinin rəhbərləri ilə görüşdən sonra Tramp Rusiyanın prezidentlik kampaniyasında xüsusi rolunu qeyd etməyib.

 

Prezident Barak Obamanın göstərişi ilə hazırlanmış hesabatda Rusiyanın müdaxiləsinin səslərin sayılmasına təsir göstərmədiyi haqda nəticə çıxarılıb. (Amerikanın səsi)

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Polşa NATO sərhədlərini qorumaq üçün türk PUA-larını göndərəcək

2021-06-20

gun az article

Ermənistanda seçki məntəqəsində atışma olub

2021-06-20

gun az article

AZAL Tel-Əvivə xüsusi uçuşlara başlayır

2021-06-20

gun az article

Ermənistanda seçki gərginliyi: Polis Köçəryanın qərargahına basqın etdi

2021-06-20

gun az article

Bolnisidə silahlı insident: abxaz gənc öldürüldü

2021-06-20

gun az article

Bayden İsrail prezidenti ilə görüşəcək

2021-06-20

gun az article

Anar Eyvazov: “Hazırda mütəxəssislər mina xəritələrinin tam təhlilini aparır”

2021-06-20

gun az article

Mövlut Çavuşoğlu: “Ermənistan səhvlərindən dərs alıb sülhlə bağlı fürsəti dəyərləndirsin”

2021-06-20

gun az article

Ermənistanda parlament seçkiləri başlayıb

2021-06-20

gun az article

Azərbaycan XİN Ermənistana cavab verdi

2021-06-19

gun az article

Fransada təyyarənin partlaması nəticəsində 2 nəfər ölüb

2021-06-19

gun az article

İstanbulda zəlzələ olub

2021-06-19

gun az article

Azərbaycanda daha 38 nəfər COVID-19-a yoluxub, ölən yoxdu

2021-06-19

gun az article

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı

2021-06-19

gun az article

Pakistan Quru Qoşunlarının komandanı Azərbaycana gələcək

2021-06-19

gun az article

Rusiyada təyyarə sərt eniş edib – 7 nəfər ölüb, yaralılar var

2021-06-19

gun az article

Xamneyi: “Bu seçkinin böyük qalibi İran millətidir”

2021-06-19

gun az article

Azərbaycan şahinləri “Anadolu Qartalı – 2021”ə hazırlaşır – FOTO

2021-06-19

gun az article

Ceyhun Bayramov: "Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq"

2021-06-19

gun az article

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

2021-06-19