Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05 12:59

İranın Rəzəvi Xorasan əyalətinin “Əmr be məruf və nəhy əz münkər” (yaxşı işlərə təşviq etmə və pis işlərdən çəkindirmə) Qərargahı əyalət ərazisinda ictimai yerlərdə qadınlara velosiped sürməyin qadağan edildiyi barədə məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

İranın Rəzəvi Xorasan əyalətinin Velosipedçilər Klubunun sədri Mehdi Ruzbəhanənin sözlərinə görə, sözügedən qərargah bu sahədə verilmiş icazələri alaraq, qadınların ictimai məkanlarda velosiped sürməsinin qadağan edilməsinin məqsədəuyğun olduğunu bildirib. 


O, qadınların velosiped sürməyə icazəsini hansı qurumun verdiyini açıqlamayıb. Lakin iyun ayının ortalarında Torqəbə və Şandiz rayonunda da qadınların velisiped sürməsi "əmr be məruf" qərargahının qərarı ilə qadağan edilmişdi. 


Qeyd etmək lazımdır ki, “Əmr be məruf və nəhy əz münkər” İranın bütün şəhərlərində şöbəsi olan hökumət qurumudur. 


Digər tərəfdən, bir müddətdir ki, İranda axundlar da sözügedən məsələyə qarşı çıxırlar. İyun ayının sonlarında Məşhədin imam-cüməsi Əhməd Ələmülhuda da qadınların ictimai yerlərdə velosiped sürməsinin qadağan olunmasını tələb edərək, onların kişilərin gözlərindən uzaq, kənar yerlərdə velosiped sürməsinin daha yaxşı olduğunu bildirmişdi. 


O iddia etmişdi ki, qadınların universitetlər kimi ictimai yerlərdə velosiped sürməsi gənclərin "cinsi hislərini alovlandırır" və bununla da universitet elm ocağı əvəzinə, "fəsad mərkəzinə çevrilir". 


Ümumiyyətlə, bu məsələ 20 ildən artıqdır ki, İranda müzakirə edilir. Bir neçə il əvvəl "dini lider" Əli Xamneyi də qadınların ictimai məkanlarda velosiped sürməsini "caiz" saymamışdı.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20