SON XƏBƏRLƏR

Prezident: "Qarabağ” Azərbaycan futbolunun flaqman komandasıdır"

2021.12.13, 14:14
Prezident: "Qarabağ” Azərbaycan futbolunun flaqman komandasıdır"

Gunaz.tv

Bunu dekabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

"Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. 

Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar", - Prezident vurğulayıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar