SON XƏBƏRLƏR

Prezident İlham Əliyev: “İşğal dövründə Ermənistan bir milyondan artıq mina basdırıb”

2022.06.27, 09:35
Prezident İlham Əliyev: “İşğal dövründə Ermənistan bir milyondan artıq mina basdırıb”

Gunaz.tv

Bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır: “Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. 

İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb". (apa)

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar