SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Moskvaya etiraz məktubu göndərdi – Qarabağa qanunsuz səfər narazılıq doğurdu

2022.01.07, 13:06
Prezident İlham Əliyev Moskvaya etiraz məktubu göndərdi – Qarabağa qanunsuz səfər narazılıq doğurdu

Gunaz.tv

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

Onun bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar