SON XƏBƏRLƏR

Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

2023.03.09, 17:12
Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib

Gunaz.tv

görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edildi, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirildi.

Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunuldu, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu.

Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulandı.

Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edildi. (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar