SON XƏBƏRLƏR

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedib

2021.11.07, 16:16
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedib

Gunaz.tv

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində məscidin, Şuşa Radio-Televiziya yayım qülləsinin, Şuşa şəhər xəstəxanasının təməllərini qoyublar.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa məscidində və Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanış olublar.

Sonra dövlətimizin başçısı və birinci xanım VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb, söhbət edib və Cıdır düzündə olublar. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar