Prezident Ermənistanla sərhədə getdi - FOTOLAR

21.10.2021, 13:03

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar.

Gunaz.tv Quote | Gunaz article

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleks barədə məlumat verdi.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. 

Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir.

Buraya qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidmətinin yüksək səviyyədə aparılması üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana və digər tikililər daxildir. 

Kompleksdə hərbi hissənin təyinatına uyğun xidməti-döyüş fəaliyyətinin təşkilinə, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsinə, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb.

Dövlətimizin başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olundu. 44 günlük Vətən

müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də torpaqlarımızın işğaldan azad olunmasında, dövlət sərhədinin bərpası kimi çox mühüm və müqəddəs bir missiyanın uğurla həyata keçirilməsində böyük şücaət və qəhrəmanlıq göstərib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr vurub və işğalçıları torpaqlarımızdan qovub. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi yenidən rekord qırdı: 1 dollar 30 min 270 tümən

2021-12-05

gun az article

İranın Çaharmahal və Bəxtiyari əyalətində naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb- FOTO

2021-12-05

gun az article

İranın Nətənz nüvə təsisatı yaxınlığında güclü partlayış olub - FOTO

2021-12-05

gun az article

Qarabağda daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-12-05

gun az article

İraqda 5 terrorçu zərərsizləşdirildi

2021-12-05

gun az article

Blinken və Lavrov Ukraynanı müzakirə edib

2021-12-05

gun az article

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

2021-12-04

gun az article

İranda koronavirusdan daha 58 nəfər ölüb, 2 157 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-12-04

gun az article

Əziz Səncər Şuşaya səfər edib

2021-12-04

gun az article

İranda söz azadlığının boğulması və senzuranın güclənməsi etiraz doğurdu: Yazıçılar Birliyi bəyanat yaydı

2021-12-04

gun az article

Azərbaycan və Ermənistan XİN başçılarının İsveçdə görüşünün baş tutmamasının səbəbi açıqlanıb - RƏSMİ

2021-12-04

gun az article

Azərbaycan Ordusunun komando hərbi hissəsində taktiki təlim keçirilib

2021-12-04

gun az article

İranlı axund: “Su probleminin həlli Allahın əlindədir”

2021-12-04

gun az article

Ərdoğan "Türkiye" brendi ilə bağlı qərar imzalayıb

2021-12-04

gun az article

İranlı deputat İsfahanda su qıtlığına qarşı etiraz edən əkinçilərə odlu silahlardan atəş açılmasını dəstəkləyib

2021-12-04

gun az article

Zəngilanda tikilən “Ağıllı kənd”in sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq

2021-12-04

gun az article

Ermənistan Prezidentinin müşaviri vəzifəsindən kənarlaşdırılıb

2021-12-04

gun az article

Ali Radanın spikeri: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

2021-12-04

gun az article

İsfahan etirazlarında iştirak edən fəal həbs edilib

2021-12-04

gun az article

Cozef Bayden: "Rusiyanın “qırmızı xətt"ini” qəbul etməyəcəyik”

2021-12-04