Prezident Hulusi Akarı qəbul edib –Türkiyə birgə hərbi təlimləri müzakirə olunub

06.12.2022, 00:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gunaz.tv Quote | Gunaz article

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirildi, əlaqələrimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulandı. Bu baxımdan, hazırda ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edildi. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirildi.

Azərbaycana səfərinin Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar Ulu Öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğuladı.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin inkişafında rolu xüsusi olaraq qeyd edildi və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulandı.

Hulusi Akarın ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Şimali Koreya ilə əməkdaşlığı davam etdirəcək

2023-02-01

gun az article

İranda sünni din xadimi həbs edildi

2023-02-01

gun az article

Prezident: İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib

2023-02-01

gun az article

Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün Türkiyənin şərtlərini açıqlayıb

2023-02-01

gun az article

ABŞ Ticarət Departamenti İranın 7 qurumunun adını qara siyahıya salıb

2023-02-01

gun az article

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyatı davam etdirib, 39 nəfər saxlanılıb

2023-02-01

gun az article

Britaniya kəşfiyyatı: Donbas xaricində ən intensiv atəşə tutulan şəhər Xersondur

2023-02-01

gun az article

Avstriya Hava Yolları Şirkəti Tehrana uçuşları dayandırdı

2023-02-01

gun az article

İran parlamentinin sədrindən Azərbaycana təhdid kimi xəbərdarlıq

2023-02-01

gun az article

İran Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı sənədlərin qəbuluna mane olub

2023-02-01

gun az article

Zakir Həsənov Türkiyəyə səfər edəcək

2023-02-01

gun az article

Xankəndi-Laçın yolunda aksiya 52 gündür davam edir

2023-02-01

gun az article

İran hökuməti edam cəzasına məhkum edilmiş etirazçılara işgəncə verir

2023-02-01

gun az article

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq etdi

2023-02-01

gun az article

Azərbaycan səfirliyinə hücumda istifadə edilən silah haradan gəlib?-Polis rəisinin yalanları

2023-01-31

gun az article

Türkiyəli general İranın yardımdan imtinası haqda: “Bu, insanlıq adına yolverilməzdir!”

2023-01-31

gun az article

Mövlud Çavuşoğlu: "Cənubi Qafqazda çoxtərəfli əməkdaşlıq davam edir"

2023-01-31

gun az article

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilib, 7 nəfər saxlanılıb

2023-01-31

gun az article

DTX səfirliyimizdə törədilmiş terrorla bağlı açıqlama yaydı, xəbərdarlıq etdi

2023-01-31

gun az article

Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirilir

2023-01-31