Prezidentlə xanımı Zəngilandakı “Ağıllı kənd”də - FOTOLAR

21.10.2021, 15:15

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

Gunaz.tv Quote | Gunaz article

Prezident və xanımı rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub.

Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Kənddə yaradılacaq “Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. 

Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq.

Bundan əlavə, “Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. 

Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. 

Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək. (qafqazinfo)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"İranda etirazlar genişlənib yeni formaya keçib"- "Assoşeyted press"

2022-10-07

gun az article

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi-VİDEO

2022-10-07

gun az article

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

2022-10-07

gun az article

İranlı ərəb fəal işgəncə altında öldürülüb

2022-10-07

gun az article

"Xalq etirazları molla rejiminə qarşı ictimai qəzəb partlayışının nəticəsidir"- İran Yazıçılar Birliyi

2022-10-07

gun az article

Ftansa iki vətəndaşının İran hökuməti tərəfindən məcburi etirafının yayımlanmasını həyasızlıq adlandırıb

2022-10-07

gun az article

“Anonimus” haker qrupu İran telekanallarının yayımını əngəlləyib

2022-10-07

gun az article

Amerika İranın daha yeddi rəsmisinə sanksiya tətbiq edib

2022-10-07

gun az article

Praqada Azərbaycan, Aİ, Fransa və Ermənistan liderlərinin görüşü keçirilib

2022-10-06

gun az article

“Ümid edirəm ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq” –İlham Əliyev

2022-10-06

gun az article

“Artıq bütün dünya açıq dərk edir ki, Qarabağ Azərbaycandır” –Prezident İlham Əliyev

2022-10-06

gun az article

Praqada “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısı başlayıb

2022-10-06

gun az article

Türkiyə və Britaniya müdafiə nazirləri görüşüb

2022-10-06

gun az article

Macarıstan dövlət katibinin müavini: “Dünən Ağdamda müharibənin nəticələrini gördüm

2022-10-06

gun az article

Türkiyə İsrailə səfir təyin etdi

2022-10-06

gun az article

Human Rights Watch: "İranda etirazçılara qarşı zorakılığa son qoymaq üçün beynəlxalq təzyiqə ehtiyac var"

2022-10-06

gun az article

Azərbaycanda fəaliyyət göstərən 734 Qeyri-hökumət təşkilatları Edilli məzarlığı ilə bağlı bəyanat yayıb

2022-10-06

gun az article

Kərəcin Fərdis bölgəsində müəmmalı partlayış olub-VİDEO

2022-10-06

gun az article

İranda 8 məhkum edam edilib

2022-10-06

gun az article

Ermənilər işğal dövründə Azərbaycana 16 milyard manatdan çox ekoloji ziyan vurub

2022-10-06