SON XƏBƏRLƏR

Körfəz Əməkdaşlıq Şurasının baş katibi: “Şuraya üzv ölkələrdən birinə hücum bütün üzvlərə qarşı hücumdur”

2021.12.15, 12:02
Körfəz Əməkdaşlıq Şurasının baş katibi: “Şuraya üzv ölkələrdən birinə hücum bütün üzvlərə qarşı hücumdur”

Gunaz.tv

Öz çıxışında İranın adını çəkməsə də dolayısı yolla Tehranın regional nüfuzuna və onun ərəb ölkələrinə qarşı təhdidinə toxunan Nayif Əl-Həcrəf deyib ki, Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər beynəlxalq və regional münaqişələrdən çəkinməli, mövcud təhdidlərə qarşı birlikdə çalışmalı və mübarizə aparmalıdır.

“Şura üzvləri hesab edirlər ki, quruma üzv hər bir ölkəyə qarşı hücum, bütün üzvlərə qarşı hücum, hər birimizə qarşı təhdid və ya təhlükə isə hamımıza qarşı təhdid və təhlükə sayılır”, -deyə Körfəz Əməkdaşlıq Şurasının baş direktoru Nayif Fəllah Mübarək Əl-Həcrəf bildirib.

Həcrəf həmin çıxışından az əvvəl Səudiyyə Ərəbistanının yerli bir telekanalına açıqlamasında İranın regionda apardığı təxribat xarakterli fəaliyyətinə toxunaraq deyib ki, rəsmi Tehran regionun ərəb ölkələri ilə normal əlaqələrin yaranmasını istəyirsə, xoş niyyətli olduğunu göstərən bir sıra addımlar atmalıdır.

Dünən həmçinin Körfəz Əəməkdaşlıq Şurasının iclasının keçirilməsindən əvvəl Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salman mediaya açıqlamasında nüvə razılaşmasını canlandırmaq üçün Vyanada aparılan danışıqlara İranın raket proqramının da salınmasını tələb edib. 

O deyib ki, Vyanada İranın nüvə fəaliyyətləri ilə bağlı aparılan müzakirələrdə Tehranın raket proqramı da gündəmə gətirilməli, ciddi şəkildə araşdırılmalıdır.

“Səudiyyə Ərəbistanı İranla birbaşa danışıqlara başlayıb və ölkələrimiz arasındakı ixtilafların diplomatik yollarla həll olunmasının tərəfdarıdır”, -deyə Məhəmməd Bin Salman bildirib. 

Məhəmməd bin Salman Amerika üçün rahat idarə olunan fiqurdur” – Politoloq –  Yenicag.Az

                                                                                   Məhəmməd Bin Salman

تصویر یکی از نشست‌های پیشین شورای همکاری خلیج فارس

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar