Qərb ölkələrinin İranla apardığı nüvə danışıqlarında iştirak etmək niyyətində olduqlarını bildiriblər.
“Şuraya üzv olan dövlətlər İranın nüvə problemi ilə bağlı danışıqlarda və bu məsələ ilə bağlı bütün regional və beynəlxalq toplantılarda iştirak etməlidirlər”-deyə, bəyanatda qeyd olunub.
Şuranın aparıcı üzvlərindən biri olan Səudiyyə Ərəbistan İranla nüvə danışıqlarının aparılmasını dəstəklədiyini, ancaq bunun uzun müddətli və İranın bölgədə təxribatlarına mane olacaq əməli addımla sonuclanmasının tərəfdarı olduğunu bəyan edib.
Cavidan