SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına mümkün namizədlər arasındadır

2023.02.23, 12:33
Nərgiz Məhəmmədi Nobel Sülh Mükafatına mümkün namizədlər arasındadır

Gunaz.tv

Onlardan birinin hazırda Tehranın Evin həbsxanasında həbsdə olan zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin olduğu bildirilir.

Nobel Sülh Mükafatı Stokholm əvəzinə Osloda verilən yeganə Nobel mükafatıdır. 

Nobel mükafatı laureatları rəsmi şəkildə oktyabrın əvvəlində elan olunurlar. 

Mükafatlar dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə verilir və məşhur Nobel medalından əlavə, təxminən bir milyon dollara bərabər olan 10 milyon İsveç kronu dəyərində pul mükafatı da daxildir.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan İran İnsan Haqlarının Müdafiəsi Birliyinin sədr müavin Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır.

O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar