SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi: "Evin zindanında bir aydan az müddətdə dörd qadın infarkt keçirib"

2022.08.26, 06:25
Nərgiz Məhəmmədi: "Evin zindanında bir aydan az müddətdə dörd qadın infarkt keçirib"

Gunaz.tv

Məlumatda bir aydan az bir müddətdə dörd qadının ürək tutmasından xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

"İnsan haqları fəalı olaraq bu hadisələrdən nigaran olduğumu bildirir, səhiyyə və zindan məsullarından Evin zindanına həkimlər qrupunun göndərilməsini, infarkt keçirən qadın məhbusların xəstəlik səbəblərinin araşdırılmasını istəyirəm"-deyə, N.Məhəmmədi bildirib.

Bundan bir müddət öncə Nərgiz Məhəmmədi bəyanat yayaraq 50-dən çox siyasi və ideoloji məhbusun Evin zindanının qadın bölməsində həbs cəzasını çəkdiyini, son günlər COVİD-19 xəstəliyinin yenidən yayılmasının qadınların vəziyyətini daha da ağırlaşdırdığını bildirmişdi.

İnsan Haqları Müdafiə Birliyinin sözçüsü mesajında ​​Evin həbsxanasının rəhbərliyinin koronavirusa yoluxmuş məhbusların məzuniyyətə çıxmasına icazə vermədiyinə diqqət çəkib.

Bununla yanaşı avqustun 22-də Evin zindanında saxlanılan 16 qadın siyasi məhbus açıq məktub yazaraq mövcud şəraitdən narazılıqlarını ifadə ediblər.

Məktubda insanların sayının cəzaçəkmə müəssisəsinin sahəsi və imkanları ilə mütənasib olmadığını bildirilir, koronavirusa yoluxmuş şəxslərin təcrid olunması və karantinə alınması üçün yetərli yer çatışmazlığının məhbusların həyatını təhlükə altında qoyduğu vurğulanır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar