SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi: "Evin zindanında məhbus cinsi ayrı-seçkiliklə üzləşirlər"

2022.09.16, 10:02
Nərgiz Məhəmmədi: "Evin zindanında məhbus cinsi ayrı-seçkiliklə üzləşirlər"

Gunaz.tv

Sentyabrın 15-də Nərgiz Məhəmmədi adına fəaliyyət göstərən sosial media hesabında yayılan məktubda İran hökuməti qadına qarşı zalim hökumət adlandırılıb.

"İranda gender ayrı-seçkiliyi bir sahədən digərinə və bir səviyyədən digərinə ötürülür və qadınlar yayğın olan ümumi gender ayrı-seçkiliyinə qarşı mübarizədə yenədə qeyri-adi ayrı-seçkiliklə üzləşirlər"-deyə, hüquq müdafiəçisi yazıb.

Siyasi məhbus Evin zindanında kişi və qadın məhbuslar arasında ayrı-seçkilik hallarından biri kimi məhbus qadınların telefonla əlaqə saxlaması üçün vaxt məhdudiyyətinin yaradılmasını qeyd edib.

O, cümə axşamı və cümə günləri qadınlara telefon danışığının qadağan olunduğunu açıqlayıb. 

"Avtoritar hakimiyyət nöqteyi-nəzərindən idealist qadın təkcə kişilər kimi sistemə etirazçı kimi görünmür, o, həm də tarixi zülmü, tabeçilik zehniyyətini dəyişməyə çalışdığı üçün bağışlanmaz günaha əl atır"-deyə, N.Məhəmmədi məktubunda bildirib.

Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi siyasi məhbusları dəstəklədiyinə, zindanlardakı işgəncə və ruhi təzyiqi ifşa etdiyinə, edam cəzasına qarşı çıxdığına və vətəndaşların hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə həbs edilib.

Hazırda Evin zindanında məhkumluq dövrünü yaşamasına baxmayaraq ona qarşı yeni cinayət işi açılıb.  

İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədi iki ittihama görə, 8 il həbs, 70 şallaq cəzası alıb, siyasi partiyalara və sosial şəbəkələrə giriş qadağan edilib. 

Xanım Məhəmmədi əvvəllər başqa bir iş üzrə 16 il həbs cəzasına məhkum edilib, ancaq o, həbsin 8 ilini çəkdikdən sonra 2019-cu ilin oktyabrında azad olunub.

Zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-i 2022-ci ildə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə yenidən 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib və hal-hazırda "Qərçək" zindanında məhkumluq dövrünü yaşayır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar