SON XƏBƏRLƏR

Sərhəddə təxribat: Ermənistan ordusunun hərbçiləri məhv edildi

2022.01.11, 22:12
Sərhəddə təxribat: Ermənistan ordusunun hərbçiləri məhv edildi

Gunaz.tv

Təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
 
Azərbaycan Ordusunun bölmələri təxribata cavab olaraq müvafiq tədbirlər görüb.
 
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cavab tədbirləri zamanı təxribata cəhd edən erməni hərbi qulluqçulardan biri yaralanıb.
 
Nazirlik itkilərin sayının dəqiqləşdirildiyini bildirib. 

Məlumata görə, indiyədək üç erməni hərbi qulluqçunun yaralandığı təsdiqlənib.
Kəlbəcər istiqamətində baş verən toqquşmada Ermənistan ordusunun iki hərbi qulluqçusu ölüb.
 
Nazirliyin məlumatına görə, ölən erməni hərbi qulluqçuların adları Artur Mxitaryan və Rudik Qaribyandır. 
 
Daha iki erməni hərbçinin yaralandığı qeyd olunur.
 
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
 
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
 
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.
 
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar