SON XƏBƏRLƏR

Sərhədsiz Reportyorlar: "İranda 43 jurnalist həbsdədir"

2022.10.29, 06:05
Sərhədsiz Reportyorlar: "İranda 43 jurnalist həbsdədir"

Gunaz.tv

Bu xəbər İranın dövlət mediasının oktyabrın 28-də Nilufər Həmadi və İlahə Məhəmmədini adlı iki jurnalisti Məhsa Əmininin öldürülməsi və ondan sonra keçirilən etiraz aksiyaları ilə bağlı xəbərlərin hazırlanmasında iştirak etdikləri üçün “casus” adlandırdığı bir vaxtda dərc olunur.

"İran hakimiyyəti müstəqil media ilə müharibəni genişləndirib və biz İran hökumətinin İrandan kənarda medianı susdurmaq cəhdlərinin şahidi oluruq",- deyə, beynəlxalq təşkilatın bəyanatında qeyd edilib.

Sərhədsiz Reportyorlar Təşkilatının baş katibi Kristof Delor İran hakimiyyətinin indi müstəqil media ilə qarşıdurma dairəsini genişləndirdiyini, hər gün media və jurnalistlərə qarşı yeni məhdudiyyətlərin tətbiq edildiyini və bu repressiyaların miqyasını bu ölkənin hüdudlarından kənara da çıxardığını deyib.

"Müstəqil media və jurnalistlərin hüquqlarının pozulması İslam Respublikasının bütün dünya ilə münasibətlərində öz nəticələrini verəcək və bu məqsədlə İran daxilində və xaricində müstəqil media ilə səsimizi birləşdirəcəyik",- deyə, o bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar