SON XƏBƏRLƏR

RİÇARD LUQAR: RUSİYANIN GÜRCÜSTANA KOBUD ŞƏKİLDƏ SOXULMASI TƏKRAR EDİLMƏMƏLİDİR

2021.10.20, 07:36
RİÇARD LUQAR: RUSİYANIN GÜRCÜSTANA KOBUD ŞƏKİLDƏ SOXULMASI TƏKRAR EDİLMƏMƏLİDİR

Gunaz.tv
RİÇARD LUQAR: RUSİYANIN GÜRCÜSTANA KOBUD ŞƏKİLDƏ SOXULMASI TƏKRAR EDİLMƏMƏLİDİR ricard_luqar.jpg Rusiyanın Gürcüstana kobud şəkildə soxulması bir daha təkrar olunmamalıdır. Bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Riçard Luqar bildirib. Gürcüstan ərazisində ölkənin təhlükəsizliyin təmin edilməsi üçün NATO qüvvələrinin yerləşdirilməsinin mümkünlüyü haqda suala cavabda Luqar bildirib ki, ABŞ Avropa İttifaqı və digər partnyorları ilə birlikdə “Rusiyanın təkrarən soxulmasına” imkan verməmək üçün hər şey edir. Bu zaman o, bunun elə Rusiyanın özü üçün mənfi nəticələrinə diqqət çəkib. Xüsusən, ABŞ və Polşa arasında RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalanıb. Bundan başqa, Rusiyanın fond bazarlarında itkiləri qaçılmazdır, deyə o bildirib. Senator Azərbaycana da belə soxulma həyata keçirildiyi təqdirdə ABŞ-ın reaksiyasının necə olacağı barədə suala birbaşa cavabdan yayınıb. Luqar deyib ki, Azərbaycan da Gürcüstan kimi ABŞ üçün mühüm ölkədir və Vaşinqtonun reaksiyası adekvat olacaq. Prezident İlham Əliyevlə görüş zamanı başqa məsələlərlə yanaşı, təhlükəsizlik və strateji əlaqələrin gələcəkdə inkişafı məsələləri də müzakirə olunub. O, Bakıya səfərinin nəticələrini səmərəli adlandırıb. Luqar Azərbaycanın Gürcüstana göstərdiyi ərzaq və digər yardımı yüksək qiymətləndirib. Luqar Bakıda Nabucco layihəsini də müzakirə edib. Bu mövzu həm İlham Əliyev, həm də BP rəhbərliyi ilə müzakirə edilib. Bakıdan o Ankaraya gedəcək, burada mövzunun müzakirəsini davam etdirəcək. Nabucco boru kəmərinin doldurulması üçün nə qədər qaz lazım olduğunu, Türkiyəyə, Avropa ölkələrinə nə qədər qaz lazım olduğunu müəyyənləşdirmək qalır. Luqar qeyd edib ki, turnesi zamanı o, Rumıniya, Macarıstan, Ukrayna və Almaniyaya baş çəkəcək. Mətbuatın sualına cavab verən Luqar həmçinin İlham Əliyevlə qarşıda duran prezident seçkilərini müzakirə etdiyini bildirib. Senator seçki sistemində dəyişiklikləri müsbət qiymətləndirib. Bununla belə, senator bildirib ki, “demokratik seçkilər Amerika seçicilərinin deyil, Azərbaycan seçicilərinin həll etdiyi məsələlərdir”. Rusiyada anti-Amerika isteriyasına toxunan Luqar bu əhval-ruhiyyə “cilovlanacaq və konkret qərarların qəbuluna gətirib çıxarmayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar