SON XƏBƏRLƏR

İran xristianları rejimin siyasətinə etiraz bəyanatı yaydı

2022.05.02, 08:35
İran xristianları rejimin siyasətinə etiraz bəyanatı yaydı

Gunaz.tv

Narazılar bildirib ki, bunu İran hökuməti tərəfindən onların zəiflədilməsi niyyəti ilə bilərəkdən həyata keçirir.

Son 40 ildə Tehran rejiminin sistemli repressiya və təzyiq siyasəti apardığını bəyan edən narazılar kilsələrin bağlanılmasına, iş yerlərinin möhürlənməsinə, zəncirvari qətl hadisələrində xristianların öldürülməsi və insani, dini hüquqlarının tapdalanmasına etiraz ediblər.

Xristianlığı qəbul edənlər İslam Respublikasının davranışını Ümumdünya İnsan Haqları Bəyannaməsini pozmaq kimi qiymətləndiriblər və yazıblar ki, hökumət bəzən onlara təzyiq göstərmək üçün çörək pulu qazanmalarına belə imkan vermir.

Bundan öncə İnsan Haqları Təşkilatları və beynəlxalq Əfv Təşkilatının yaydığı hesabatda İran hökuməti milli azlıqlarla yanaşı qeyri-şiələrə qarşı ədalətsiz davranmaqda, onların haqlarını pozmaqda ittiham olunub.

Son bir il ərzində İranda xristiyanlığı qəbul etmiş 53 nəfər həbs olunub və onlara qarşı qondarma ittihamlarla cinayət işi qaldırılıb. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar