SON XƏBƏRLƏR

Britaniya XİN başçısı: “Ukraynada müharibə fəlakət olacaq”

2022.02.10, 13:36
Britaniya XİN başçısı: “Ukraynada müharibə fəlakət olacaq”

Gunaz.tv

Bunu britaniyalı nazir Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarının protokol hissəsində çıxışında bildirib.

"Reallıq ondan ibarətdir ki, biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək məqsədilə Ukrayna ilə sərhəddə 100 mindən çox hərbçinin toplanmasına göz yuma bilmərik. Ukraynada müharibə ruslar, ukraynalılar və Avropanın təhlükəsizliyi üçün fəlakət olacaq. 

Ancaq alternativ yol var - münaqişə və qan tökülməsinin qarşısını almağa kömək edəcək diplomatiya yolu... Mən Təhlükəsizlik Şurasının üzvü kimi Rusiyanı bu yolla getməyə çağırmaq üçün buradayam", - deyə Britaniya XİN başçısı vurğulayıb. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar