Britaniya dövlət strukturlarının İran və Rusiya hakerlərinin hücumlarına uğradığını açıqlayıb

27.01.2023, 13:59

İran və Rusiya ilə əlaqəli haker qruplaşmaları Böyük Britaniyanın hökumət və qeyri-hökumət təşkilatları, müdafiə strukturları, universitetlər və təhlil mərkəzlərinə hücumlar həyata keçirirlər.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, kibercinayətkarların qurbanları arasında jurnalistlər, siyasi fəallar və siyasətçilər ola bilər.

“Rusiyanın “SEABORGIUM” (həmçinin “Callisto Group”, “TA446”, “COLDRIVER” və “TAG-53” kimi tanınırlar) və İranın “TA453” (həmçinin “APT42”, “Charming Kitten”, “Yellow Garuda” və “ITG18” kimi tanınırlar) qruplaşmaları Böyük Britaniyada, habelə onlarda maraq doğuran regionlarda təşkilatlar və fiziki şəxslərə qarşı məlumat toplanması məqsədilə uğurla daristiqamətli fişinq hücumları gerçəkləşdirməyə davam edirlər”, - mərkəzin saytında dərc olunan məlumatda bildirilib.

Qeyd edilib ki, hakerlər sosial şəbəkələrdə və peşəkar onlayn icmalarda potensial qurbanlar haqqında məlumat toplayırlar ki, onların tanışlıq çevrəsini, peşəkar və şəxsi maraqlarını müəyyən etsinlər, sonra isə mürəkkəb fişinq hücumu həyata keçirsinlər.

Bu sındırılma metodikası ilə mübarizə aparmaq üçün Mərkəzin əməkdaşları ayıq-sayıq olmağı, mürəkkəb və müxtəlif parollardan istifadə etməyi, ikifaktorlu autentifikasiyanı və bütün cihazlarda yenilənmələri vaxtında quraşdırmağı, eyni zamanda şübhəli əlavələr və keçidlər üçün e-poçtları skan edən xidmətlərdən istifadə etməyi tövsiyə edir. (Report.az)

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24

gun az article

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək, Füzulidə inşa edilən məktəbin açılışına qatılacaq

2023-03-24

gun az article

Fransada etirazlarda 120-dən çox polis yaralanıb

2023-03-24

gun az article

Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

2023-03-24

gun az article

ABŞ Suriyada "Sepah"la əlaqəli obyektlərə zərbə endirib

2023-03-24

gun az article

Azərbaycan və Misir prezidentləri arasında telefon danışığı olub

2023-03-24

gun az article

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

2023-03-24

gun az article

Ayxan Hacızadə: "Səfirimiz Niderland XİN-ə çağırılmayıb"

2023-03-23

gun az article

Azərbaycanlı deputat Fransa XİN başçısına çağırış edib: "Gələcəyin varsa, görəcəyin də var”

2023-03-23

gun az article

Rəhman Rzayi hakimiyyəti tənqid etdiyinə görə İran yığmasından qovulub

2023-03-23

gun az article

Avstriya İranı repressiyalara son qoymağa çağırdı

2023-03-23

gun az article

İran XİN başçısı Moskvaya səfər edəcək

2023-03-23

gun az article

Müəllimlərdən İran hökumətinə xəbərdarlıq: Yeni etirazlar başlayacaq

2023-03-23

gun az article

İranlılar yaz bayramında Van şəhərinə axın edib

2023-03-23