SON XƏBƏRLƏR

"İran və Şimali Koreyanın Rusiyaya silah verəcəyinə əminik"-London

2022.09.16, 07:54
"İran və Şimali Koreyanın Rusiyaya silah verəcəyinə əminik"-London

Gunaz.tv

Ukrayna ordusunun strateji kommunikasiyalar komandanlığı sosial media hesablarında fotoşəkillər yerləşdirib, bunun çox güman ki Ukraynada qəzaya uğrayan İran istehsalı olan pilotsuz təyyarənin qalıqları olduğunu yazıb.

"Rusiya çox güman ki, Ukraynada ilk dəfə İran pilotsuz təyyarələrindən istifadə edib.

Ukrayna hakimiyyəti sentyabrın 13-də bildirib ki, onların qüvvələri Kupyansk yaxınlığında, Ukraynanın uğurlu hərbi əməliyyatları bölgəsində "Şahid 136" pilotsuz təyyarəni vurub"-deyə, Britaniya Müdafiə Nazirliyi bildirib.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, İran istehsalı olan oxşar sistemlər yəqin ki, Yaxın Şərqdə, o cümlədən 2021-ci ilin iyununda "MT Mercer Street" neft tankerinə edilən hücumda istifadə edilib.

Müdafiə Nazirliyi öz hesabatında əlavə edib ki, Rusiyanın silah ehtiyatı azalır və Moskvanın İran və Şimali Koreya kimi ciddi sanksiyalara məruz qalan ölkələrdən silah alması demək olar ki, dəqiqdir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar