SON XƏBƏRLƏR

Britaniya kəşfiyyatı: Ukraynada Rusiyanın təxminən 40-60 min hərbçisi həlak olub

2023.02.17, 12:46
Britaniya kəşfiyyatı: Ukraynada Rusiyanın təxminən 40-60 min hərbçisi həlak olub

Gunaz.tv

Böyük Britaniya MN-nin Kəşfiyyat Xidmətinin məlumatında belə qeyd edilib. 

Bildirilib ki, müharibə başlayandan Rusiyanın təxminən 40-60 min hərbçisinin həlak olduğu ehtimal edilir.

Vurğulanıb ki, Rusiyanın itkilərinin sayı 2022-ci ilin sentyabrında qismən səfərbərliyin elan edilməsindən sonra nəzərəçarpan dərəcədə artıb

“Müasir standartlara görə yaralananlara nisbətdə həlak olanların sayı olduqca yüksəkdir”, - bildirilib.

Rusiyanın itkilərinin əsas səbəbinin artilleriya zərbələri olduğu bildirilib.

Məlumatda Vaqner özəl hərbi şirkətin məhkumlardan ibarət çox sayda rekrutunun münaqişə bölgəsinə cəlb edildiyi və onların təxminən 50 faizədək itki verdiyi bildirilib. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar