SON XƏBƏRLƏR

Britaniya kəşfiyyatı: Rusiya ordusu ağır itkilər verir

2022.03.30, 11:22
Britaniya kəşfiyyatı: Rusiya ordusu ağır itkilər verir

Gunaz.tv

Bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bu, Rusiya ordusunun onsuz da çətin vəziyyətdə olan logistik vəziyyətinə daha çox təzyiq göstərir və Rusiyanın Ukrayna daxilində irəliləmiş hərbi qüvvələrinin yenidən təşkilində çətinliklə üzləşdiyini nümayiş etdirir.

Kəşfiyyat Xidmətindən o da bildirilib ki, Rusiya kütləvi artilleriya və raket zərbələri ilə quru qüvvələrinin azalan manevr qabiliyyətini kompensasiya etməyə davam edəcək: “Rusiyanın Donetsk və Luqanskdakı hücuma diqqət yetirməsi, ehtimal ki, onun birdən çox istiqamətdə irəliləyiş oxunu saxlamaqda çətinliklə üzləşdiyinin etirafdır”. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar