SON XƏBƏRLƏR

Britaniya Hərbi Dəniz Qüvvələri Yəmənə İran raketləri daşıyan gəmini ələ keçirib

2022.07.08, 04:36
Britaniya Hərbi Dəniz Qüvvələri Yəmənə İran raketləri daşıyan gəmini ələ keçirib

Gunaz.tv

Bunun Tehranın Yəməndəki husi qruplaşmalarına dəstəyinin sübutu olduğu bildirilir.

Britaniya hökumətinin bəyanatı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyaya qarşı İranın husilərə silah dəstəyinin sübutu kontekstində güclü və nadir dəlillər təqdim etdiyi üçün əhəmiyyətlidir.

“İngiltərə Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisi ilk dəfədir ki, İrandan bu cür mürəkkəb silahlar daşıyan gəmini dayandırır”-deyə, Böyük Britaniyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi bəyan edib.

Açıqlamaya görə, yükün tərkibində yer-hava raketləri və yer hədəflərinə hücum etmək üçün qanadlı raketlər üçün xüsusi mühərriklər var.

Təhlükəsizlik və hərbi hesabatlar göstərir ki, husi üsyançıları sözügedən raketdən Səudiyyə Ərəbistanındakı hədəflərə qarşı istifadə ediblər.

BMT Təhlükəsizlik Şurasının Yəmənə qarşı silah embarqosuna baxmayaraq, İran 2015-ci ildə ölkədə vətəndaş müharibəsi başlayandan bəri hər cür silahı, o cümlədən raketlər, snayper tüfəngləri və reaktiv yaylım atəşi sistemlərini Husi üsyançılarına ötürməkdə davam edir.

Cavidan .

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar