SON XƏBƏRLƏR

Britaniya Rusiya təyyarələrini öz səmasına girdiyinə görə cəzalandıracaq

2022.03.09, 04:49
Britaniya Rusiya təyyarələrini öz səmasına girdiyinə görə cəzalandıracaq

Gunaz.tv

Bu barədə Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib.

“Mən hər hansı Rusiya təyyarəsinin Böyük Britaniyanın hava məkanına daxil olmasını cinayət hesab edirəm və hökumət indi həmin təyyarələri saxlaya bilər”, - deyə nazir bildirib.

Böyük Britaniya öz hava məkanını Rusiya təyyarələri üçün bağlayan ilk ölkələrdən biri olub. Bu, fevralın 25-nə keçən gecə baş verib.

Avropa İttifaqı da fevralın 28-də oxşar məhdudiyyət tətbiq edib. ABŞ, İsveçrə, Moldova, Norveç, Şimali Makedoniya, Kanada və Böyük Britaniya da bu tədbirə əl atıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar