SON XƏBƏRLƏR

Britaniya və Körfəz Əməkdaşlıq Şurasından İrana xəbərdarlıq: “Bu son fürsətdir”

2021.12.21, 11:03
Britaniya və Körfəz Əməkdaşlıq Şurasından İrana xəbərdarlıq: “Bu son fürsətdir”

Gunaz.tv

Birləşmiş Ərəb Əmirliklərinin “National” qəzetinin yazdığına görə, görüşdə iştirak edən Oman, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveytin xarici işlər nazirləri qarşılıqlı ticarət və təhlükəsizlik məsələləri ilə bağlı bir sıra regional mövzular barədə birgə əməkdaşlığa dair saziş imzalayaraq, İran və Vyanada aparılan nüvə danışıqları məsələsini də müzakirə ediblər.

Bəyanatda İranın regionda sabitliyi pozan bir sıra fəaliyyətlərinin ciddi nigaranlığa səsəb olduğu vurğulanaraq, deyilir ki, hazırda nüvə razılaşmasını canlandırmaq məqsədi ilə Vyanada aparılan nüvə danışıqları regionda gərginliyin qarşısını almaq və təhlükəsizliyi məntəqəyə qaytarmaq üçün İranın son fürsətidir.

“Hesab edirik ki, İran nüvə razılaşmasını dirçəltmək üçün yaranmış bu son diplomatik fürsətdən istifadə etməli, regionu və dünya birliyini böhran nöqtəsinə sürükləməsindən çəkinməlidir”, -deyə Oman, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveytin xarici işlər nazirlərinin İranla bağlı yaydığı birgə bəyanatında bildirilir. 

وزیر خارجه انگلیس: می‌خواهیم بدهی خود را به ایران پرداخت کنیم - ایسنا

                                                                             Böyük Britaniyanın xarici işlər naziri Liz Tras (Liz Truss)

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar